Menu
Geri İrəli

Sumqayıtda mərkəzləşmiş istilik sisteminə qoşulan mənzillərin sayı artır

Müəllif: sumqayitxeber.com • Tarix: 31 İyul 2017 • Baxış sayı: 889 dəfə • Şərh yoxdur
Share Button

AzəristiliktəchizatSon 6 ay ərzində qazanxanaların təmiri, yenidən qurulması, modernləşdirilməsi və yenilərinin tikintisi, məhəllədaxili və binadaxili istilik təchizatı sistemlərinin əsaslı təmiri və bərpası üzrə işlər davam etdirilib.

sumqayitxeber.com xəbər verir ki,  18-ci mikrorayonda 24 yaşayış binası və 2 uşaq bağçasını istiliklə təmin edəcək qazanxana tikilib.

Məhəllə daxili yeni istilik xətləri çəkilmiş, 24 yaşayış binasının aşağı paylama istilik sistemləri yenidən quraşdırılıb.

Payız-qış mövsümündə həmin qazanxana vasitəsilə 24 yaşayış binası – 1098 mənzil istiliklə təmin ediləcək.

12-ci mikrorayonda 18 yaşayış binasını və bir məktəbi istiliklə təmin edəcək yeni qazanxananın tikilməsinə başlanılıb.

Mövcud qazanxanalarda bütün avadanlıqların cari və profilaktik təmiri işləri başa çatdırılmış və qış mövsümünə tam hazırdır.

sumqayitxeber.com

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın