Menu
Geri İrəli

Sumqayıtda top mərmisi tapılıb

Müəllif: sumqayitxeber.com sumqayitxeber.com • Tarix: 8 Oktyabr 2017 • Baxış sayı: 67 dəfə • Şərh yoxdur
Share Button

 

Sumqayıtda top mərmisi tapılıb

Sumqayıtda top mərmisi aşkarlanıb.

ANAMA-dan daxil olan xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Sumqayıt şəhərində 1 ədəd mərminin olması  barədə məlumatlar daxil olub.

Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən oktyabrın 7-də Sumqayıt Texnologiyalar Parkı (STP) MMC-ə məxsus olan metal əritmə zavodunun ərazisinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd 122 mm-lik top mərmisi (OF-462) aşkar edilib, havanın qaranlıq olması ilə əlaqədar olaraq əməliyyat 07 oktyabr 2017-ci il tarixində davam etdirilib, aşkar olunmuş mərminin daşınması mümkün olduğuna görə Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş mərminin ətrafında 2 500 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

 

 

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın