Menu
Geri İrəli

Sumqayıtda üç gündə 8625 şəhər sakini pulsuz tibbi müayinə edilib

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Fevral 2017 • Baxış sayı: 490 dəfə • Şərh yoxdur

Prezident İlham Əliyevin əhalinin pulsuz kütləvi tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırığa əsasən respublikamızın hər yerində olduğu kimi, Sumqayıt şəhərində də fevralın 15-dən əhalinin ümumi tibbi-profilaktik müayinəsi aparılır.

Sumqayıt Şəhər Səhiyyə Şöbəsindən AZƏRTAC–a bildirilib ki, müayinələr Sumqayıt şəhərində fəaliyyət göstərən 9 tibb müəssisəsində – 5 xəstəxana və 4 poliklinikada həyata keçirilir. Səhiyyə ocaqlarında əhalinin tibbi-profilaktik müayinədən keçirilməsi üçün lazımi şərait yaradılıb.

Profilaktik tibbi müayinələr üçün müraciət edən hər bir vətəndaş həkimlərin ilkin müayinəsindən keçirilir, tibbi göstəriş olduqda köməkçi-instrumental müayinələr (rentgen-flüoqrafik, ultrasəs müayinə, laborator analizlər, EKQ və digər müayinələr) aparılır. Zərurət yarandıqda şəhərin baş mütəxəssisləri ilə konsultasiya olunurlar.

İlk üç gündə 8625 şəhər sakini tibbi müayinəyə cəlb olunub, ehtiyacı olan xəstələrə ambulator müalicə təyin edilib, stasionar müəssisələrə göndəriliblər.

Əhalinin sağlamlığını qorumaq, xəstəlikləri erkən mərhələdə aşkarlayaraq qarşısını almaq məqsədilə keçirilən müayinələrə təcrübəli həkim və tibb işçiləri cəlb olunub.

14874219131592261761_1000x669 14874219133304332367_1000x669

Facebook Şərhləndirmə:

Şərhinizi yazın