Menu
Geri İrəli

Sumqayıtda yaşayan Bülbül 3 övladını qoyaraq hara gedib? – Foto

Müəllif: sumqayitxeber.com • Tarix: 26 İyul 2017 • Baxış sayı: 2,814 dəfə • Şərh yoxdur
Share Button

Screenshot1jpg (11)Sumqayıtın 11-ci mikrorayon ərazisində yaşayan 35 yaşlı Bülbül Əliyevanın həyat yoldaşını və 3 övladını qoyaraq evi tərk etdiyi iddia edilir.

sumqayitxeber.com  xezerxeber.az-a istinadən xəbər verir ki, qadının həyat yoldaşı Bəhruz Əliyev bildirib ki, hadisə iyun ayının 7-də baş verib. Xanımı evdən həkimə getmək adı ilə çıxıb və bir daha qayıtmayıb.

Bundan sonra o, uşaqları ilə votsapda yazışıb və övladlarına bildirib ki, evə gəlir. Sonradan məlum olub ki, qadın evdən getməyi axşamdan planlaşdırıb. Evin açarını da oğluna verib.

Bəhruz Əliyevin sözlərinə görə, onlar 15 ildir ailə həyatı qurublar və bu günə kimi aralarında heç bir ciddi ailə münaqişəsi baş verməyib.

O, qadının valideynlərinə də onun evi tərk etməsi ilə bağlı məlumat verib. Hadisə ilə bağlı polis də məlumatlandırılıb.

Qadın evdən çıxarkən yalnız pasportunu götürüb. Güman edilir ki, o, kiminsə təsiri altında xaricə gedə bilər.

 



Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın