Menu
Geri İrəli

Sumqayıtda yeni lahiyə – “Yanlış Həzz – Ölümə Aparan Yol”

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Yanvar 2016 • Baxış sayı: 373 dəfə • Şərh yoxdur

1451942967_12483224_997869346925293_343108954_oAzərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Elməddin Mirzəzadə-nin “Yanlış Həzz – Ölümə Aparan Yol” lahiyəsinə başlanılıb.

“Yanlış Həzz – Ölümə Aparan Yol” lahiyəsi, gənclər arasında “ölüm zənciri” rolunu oynayan narkotik bəlasına qarşı mübarizə tədbiridir.

Lahiyə çərçivəsində üç seminar nəzərdə tutulmuşdur. Seminarlar Sumqayıt və Lənkəran şəhərlərində baş tutacaqdır.

Seminarda Narkotik vasitələr, onların yayılması, mühafizə olunma, uzaqlaşma yolları və daşıyıcı xəstəliklər barəsində təlim keçiriləcək.

Lahiyənin əsas məqsədi Narkotik vasitələrdən uzaqlaşmaq və bunun yollarını cəmiyyətə kütləvi şəkildə çatdırmaqdan ibarətdir.

  İLK TƏLİM

16 yanvar tarixində “Reduco” Tədris Mərkəzində baş tutacaq.

Ünvan: Sumqayıt şəh. İsmət Qayıbov küçəsi, 211/1 (Gold Palace ilə üzbəüz )

Əlaqə:

055 703 88 94

051 596 52 25

Facebook Şərhləndirmə:

Şərhinizi yazın