Menu
Geri İrəli

Sumqayıtda “Yolunu paylaş” adlı velo-yürüş keçiriləcək – İştirakçılar üçün QEYDİYYAT

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Sentyabr 2017 • Baxış sayı: 238 dəfə • Şərh yoxdur
Share Button

1506597821_48Velosipedi alternativ nəqliyyat vasitəsi kimi təbliğ etmək, sürücülər və velosiped istifadəçiləri arasında velosipedçilərin mərkəz yollardan istifadə qaydaları haqqında maarifləndirmə işini təşkil etmək üçün Sumqayıtda velo-yürüş keçiriləcək.
Sumqayıt şəhərində həyata keçirilən “Yolunu Paylaş” adlı sürücülər və velosipedçilər arasında maarifləndirmə layihəsi çərçivəsində həyata keçirilən velo-yürüş sentyabrın 30-da baş tutacaq. Layihə çərçivəsində Bakı və Sumqayıt şəhərlərində Dövlət Yol Polis əməkdaşları ilə velosipedçilərin və sürücülərin görüşü təşkil edilir. Eyni zamanda layihə ərzində hər iki şəhərdə velo-yürüşün də təşkil edilməsi nəzərdə tutulmuşdur.
Velo-yürüş zamanı marşrut üzrə təhlükəsizlik Sumqayıt şəhər Polis İdarəsi tərəfindən təmin ediləcək. İştirak üçün minimum yaş həddi 16-dır və yürüşdə iştirak etmək üçün dəbilqənin olması vacibdir.

Qeyd edək ki, “Təbiət Dostları” Gənclər Təşkilatı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və “Sağlam Düşüncə” Gənclər Təşkilatının tərəfdaşlığı ilə 2017-ci ilin avqust ayından “Yolunu Paylaş” sürücülər və velosipedçilər arasında maarifləndirmə layihəsinə start verib. Əlavə olaraq, bildirək ki, Sumqayıtda təşkil olunacaq velo-yürüşə Bakıdan qoşulan velosipedçilərin (həmçinin velosipedlərin) Bakı-Sumqayıt-Bakı istiqamətində daşınması üçün “Sağlam Düşüncə” Gənclər Təşkilatı tərəfindən nəqliyyat təşkil olunacaq.

Turda iştirak etmək üçün isə aşağıda qeyd olunan keçiddən qeydiyyatdan keçmək lazımdır:
https://goo.gl/Dys7H2
Son qeydiyyat tarixi: 28.09.2017-ci ildir.

Turun marşrutu:

https://goo.gl/P2CFSR

Start: Heydər Əliyev Parkı (Sumqayıt)
Finiş: Nəsimi Parkı (Sumqayıt)
Əlavə məlumat üçün:
“TƏBİƏT DOSTLARI” Gənclər Təşkilatı – Rövşən Allahverdiyev 055 7052981
“SAĞLAM DÜŞÜNCƏ” Gənclər Təşkilatı – Nicat Hüseynov 055 8237290.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın