Menu
Geri İrəli

Sumqayıtdakı Poeziya Evində ustad şair Şəhriyarın 110 illik yubiley tədbirlərinə start verilib

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Oktyabr 2016 • Baxış sayı: 293 dəfə • Şərh yoxdur

Sumqayıt şəhər Əli Kərim adına Poeziya Evində ustad şair Məhəmmədhüseyn Şəhriyarın 110 illik yubiley mərasimlərinə start verilib.

AZƏRTAC xəbər verir ki, tədbiri Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov açıb. Bildirilib ki, ustad şairin yubileyinin Sumqayıtda keçirilməsi məqsədilə xüsusi plan hazırlanıb və bugünkü tədbirlə həmin proqramın icrasına başlanılıb.

Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsinin sədri Sabir Sarvan Şəhriyar şeirindəki millilik və özünəməxsusluq elementlərini ustad şairi xalqımıza sevdirən cəhətlər olduğunu vurğulayıb.

Tədbirdə Şəhriyar yaradıcılığından danışılıb, şairin sözlərinə bəstələnmiş musiqi nömrələri və muğam parçaları, eləcə də təbrizli aşıqların ifasında saz havaları səsləndirilib.

shehriyar4 sahriyar65 sahriyar77 sehriyar6

Facebook Şərhləndirmə:

Şərhinizi yazın