Menu
Geri İrəli

Sumqayıtdan Bakıya qonaq gələn şəxs piyadanı vuraraq öldürüb

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Oktyabr 2016 • Baxış sayı: 543 dəfə • Şərh yoxdur

qeza-olumHadisə Xəzər rayonunda baş verib

Bakıda əmisioğlugilə qonaq gələn şəxs geri dönərkən piyadanı vuraraq öldürüb. ”Report”un xəbərinə görə, Xəzər rayonu Qala qəsəbəsinin ərazisində, Sumqayıt şəhər sakini 1987-ci il təvəllüdlü Şıxəmir Məmmədov idarə etdiyi “VAZ 2107″ markalı avtomobillə yolu keçən qəsəbə sakini 1972-ci il təvəllüdlü Camal Alıyevi vurub. Ağır xəsarət alan C.Alıyev 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. O,orada ölüb.

Ş.Məmmədov Sumqayıt şəhərindən Binə qəsəbəsinə əmisioğlugilə qonaq gəlibmiş. O, əmisioğlu ilə birgə yeyib-içib. Geri dönən zaman isə piyadanı vurub.

Faktla bağlı araşdırma aparılır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın