Menu
Geri İrəli

“Sumqayıt”ın futbolçusu Bundesliqada – MARAQLI FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Sentyabr 2016 • Baxış sayı: 302 dəfə • Şərh yoxdur

bundesliqa1Hər bir ölkənin futbol çempionatının öz loqosu var. Elə Almaniya Bundesliqasının (tam adı Fußball-Bundesliga) da. Bundesliqanın loqosunda sağ ayağını xeyli yuxarı qaldıraraq topa zərbə vuran futbolçu əks olunub.

Rekord.az xəbər verir ki, dünən Sumqayıtda keçirilən “Sumqayıt” – “Kəpəz” matçında eyni ilə həmin loqodakı futbolçunun bənzəri meydana çıxıb.

Belə ki, “Sumqayıt”ın müdafiəçisi Bəxtiyar Həsənalızadənin oyun epizodlarının birində etdiyi hərəkət eyni ilə həmin loqoda əks olunan futbolçunun hərəkəti ilə eyni olub. İnanmırsınız? Buyurun, özünüz baxın.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın