Menu
Geri İrəli

Sumqayıtın mədəniyyət müəssisələrində soyqırımla bağlı tədbirlər keçirilib – FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 31 Mart 2016 • Baxış sayı: 126 dəfə • Şərh yoxdur

31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilib.

1459427121_12948445_1592206107765869_1104140511_oSumqayıt Mədəniyyət və Turizm İdarəsinin Mətbuat xidmətindən Xeberle.com-a verilən məlumata görə S.Vurğun adına Mərkəzi kitabxana 31 Mart- Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar Qanunun Aliliyi Hüquq Resurs Mərkəzində dəyirmi masa keçirilib. Tədbirdə kitabxananın oxucuları, 5 saylı orta məktəbin şagirdləri iştirak edib. Tədbiri SDU-nun I kurs tələbəsi Əhmədzadə Tunar açaraq soyqırım haqqında iştirakçıları məlumatlandırıb.Daha sonra tədbir iştirakşıarı mövzu ilə əlaqədar öz fikirlərini paylaşıb, “Tarixi həqiqətlər unudulmur” adlı sərgi ilə yaxından tanış olublar.
Sonda MKS-in direktoru Yeganə Əhmədova bütün iştirakçılara öz təşəkkürünü bildirib.
***
M.Ə.Rəsulzadə adına 2 saylı kitabxana filialda keçirilən oxucu konfransında Sumqayıt Dövlət Universitetinin tələbələri və 14 saylı tam orta məktəbin şagirdləri iştirak ediblər. Tədbiri kitabxananın müdiri Ofeliya Qafarova açaraq31 Mart soyqırımı haqqında mühazirə oxuyub.
Daha sonra Sumqayıt Dövlət Universitetinin (SDU) tələbələri- Namiq Paşayev, İlahə Məmmədova, Nərgiz Şivəxanova və digər iştirakçılar mövzu ilə bağlı öz fikirlərini bölüşüblər.Gənclər kitabxanasında təşkil ediən dəyirmi masada Tarixi Araşdırmalar Qurumunun rəhbəri Ramin Əlizadə, qurumun təsisçi müavini Anar Hüseynov, təsisçi Bəşir Şirinov, Şahin Əliyev, SDU-nun filologiya fakultəsinin müəllimi Əli Rzazadə və SDU-nun tarix fakultəsinin tələbələri və 12 saylı tam orta məktəbin şagirdləri iştirak edib.Tədbiri giriş sözü ilə kitabxananın müdiri Sona Eminova açaraq  tədbirin mövzusu haqqında məlumat verib.
Ramin Əlizadə, Anar Hüseynov, Bəşir Şirinov, Şahin Əliyev, Əli Rzazadə mövzu ətrafında çıxış edərək öz fikirlərini bolüşüblər.
Tədbirdə “Mart soyqırımının baş vermə səbəbi nə idi və biz harada səhv etdik?”, “1905-ci ildən bəri qığılcımlanan erməni-müsəlman davasında kimlərin əli vardı və məqsəd nə idi?”, “Niyə öz tariximizi öyrənməkdə bu qədər laqeyidik?” sualları ərtafında müzakirələr aparılıb.
***
F. Əmirov adına uşaq musiqi məktəbində keçirilən tədbirdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra məktəbin müəlliməsi Səriyyə Dünyamalıyeva, şagirdlər Lalə və Jalə Nəzərovalar soyqırım haqqında tədbir iştirakçılarınna ətraflı məlumat verib.
Xatırladaq ki, Sumqayıtın Tarixi Muzeyində mövzu ilə əlaqədar sərgi təşkil edilib, mühazirələr oxunub.



Facebook Şərhləndirmə:

Şərhinizi yazın