Menu
Geri İrəli

Sumqayıtın millət vəkili Lütvi Zadədən yazdı: “ilk dəfə 9-cu sinifdə oxuyarkən”

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Sentyabr 2017 • Baxış sayı: 158 dəfə • Şərh yoxdur

tahir mirkisiliXəbər verdiyimiz kimi, bu gün səhər saatlarında dünya şöhrətli alim Lütfi Zadə Amerikada dünyasını dəyişib.

sumqayitxeber.com xəbər verir ki, millət vəkili Tahir Mirkişili dünya şöhrətli alimlə bağlı fikirlərini bölüşüb:

“Professor Lütfi Zadə (Lütfi Rəhim oğlu Ələsgərzadə) haqqında ilk dəfə 9-cu sinifdə oxuyarkən (1991) İnformatika Dərsliyi kitabında oxumuşdum. O zaman dünyaca məşhul olan bir alimin azərbaycanlı olması hamımızda böyük maraq oyatmışdı. Uşaqların əksəriyyətində və xüsusən də məndə İKT-yə maraq da elə bu dövrdən və məhz onun sayəsində yaranmışdı… Azərbaycanın yenicə müstəqillik əldə etdiyi bir dövrdə informatika müəllimimiz Lütvi Zadənin şəxsində azərbaycanlıların potensial olaraq nəyə qadir olduqlarını bizə anlatırdı…

2006-cı ildə Professor Zadə ilə ABŞ-da görüşdük. O Azərbaycanı daim izlədiyini, inkişaf konsepsiyasını və seçdiyi yolu xeyli müzakirə edir, doğru yolda olduğumuzu deyir və digər ölkələrlə müqayisə edirdi. Hiss olunurdu ki, o ürəkdən Azərbaycanı düşünür, bir alim kimi öz hisslərini bizimlə bölüşürdü. Daha sonra o yaşının çoxluğuna və məsafənin uzaqlığına baxmayaraq o Azərbaycana gəldi və dövlət başçısı tərəfindən “Dostluq” ordeni ilə təltif olundu. O bu ordeni daim sinəsində daşıdı…

Azərbaycanın dünya elminə,mədəniyyətinə töhvəsi çox olub. Və əminəm ki, indidən sonra da olacaq. Bəlkə də “Dünya vətəndaşları” siyahısı müəyyən etsəydilər, bu siyahıda xeyli azərbaycanlılar olardı.

Lütfi Zadə dünyasını dəyişdi. Bir dünyadan digər dünyaya keçdi. Bu dünyada onun kəşfləri, azərbaycanlı kimliyi və “Dostluq” ordeni qaldı. “Professor Zadə” əfsanəsi isə davam edir, onun yolunu davam etdirən və ondan ruhlanan neçə azərbaycanlı olacaq- bunu tarix göstərəcək.”

Facebook Şərhləndirmə:

Şərhinizi yazın