Menu
Geri İrəli

Sumqayıtın millət vəkili Tahir Mirkişili üçün özəl gün

Müəllif: sumqayitxeber.com • Tarix: 7 İyun 2017 • Baxış sayı: 1,126 dəfə • Şərh yoxdur

tahir mirkisli

Bu gün millət vəkili Tahir Mirkişilinin doğum günüdür.

sumqayitxeber.com-un məlumatına görə millət vəkili 7 iyun 1977-ci ildə anadan olub.

Tahir Mirkişili 1994-cü ildə Bakı şəhəri 1 saylı fizika-riyaziyyat və informatika təmayüllü litseyi bitirmişdir. Riyaziyyat fənni üzrə Azərbaycan yığma komandasının üzvü kimi beynəlxalq olimpiadalarda iştirak etmişdir. 1994-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinə daxil olmuş və 1998-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir.
1997-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən ali təhsil müəssisə tələbləri arasındakı Ümumrespublika İqtisadiyyat Olimpiadasında 1-ci yeri tutmuşdur.
2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq iqtisadiyyat üzrə magistr dərəcəsi almışdır. 2004-cü ildə ABŞ-ın Stanford Universitetinde İKT İqtisadiyyatının idarəedilməsi üxrə ixtisaslaşmış proqramı bitimişdir.
2006-cı ildə “Azərbaycan Respublikasının xarici ticarət siyasəti və onun təkmilləşdirilməsi yolları” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edərək, İqtisad elmləri üzrə fəlsəfə doktoru (Phd) alimlik dərəcəsi almışdır.
2016-cı ildə Oksford (Böyük Britaniya) Universitetinin “Beynəlxalq İqtisadiyyat və Beynəlxalq Siyasət” ixtisası üzrə xüsusi proqramını bitirmişdir.
İngilis, rus, türk və alman dillərini bilir. Ailəlidir, 2 övladı var.

Tahir Mirkişili 1 kitabın və 10-dan çox elmi məqalənin müəllifidir. Yerli və xarici mətbuatda İqtisadiyyat və İnformasiya Kommunikasiya Texnologiyaları ilə bağlı 100-ə yaxın analitik məqaləsi dərc edilmişdir. Elektron Hökumət quruculuğu üzrə bir sıra uğurlu layihələrin hazırlanmasında və həyata keçirilməsində yaxından iştirak etmişdir (Elektron İmza, Elektron Təhsil, Elektron Kitabxana, Səyyar ASAN xidmət, Eurovision portalı, Elektron İdarəetmə Sistemləri və sairə bu kimi layihələr).

1998-ci ildə Azərbaycan Resublikası Xarici İqtisadi Əlaqələr Nazirlyində Ümumdünya Ticarət Təşkilatı üzrə mütəxəssis, 2000-2006 – cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Dünya İqtisadiyyatı” fənni üzrə müəllim, 1999-2011-ci illərdə özəl sektorda İnformasiya Kommunikasiya Texnologiyaları sahəsində müxtəlif vəzifələrdə çalışmışdır. 2011- ci ildə Azərbaycan Respublikası İqtisadi İnkişaf nazirinin İKT üzrə müşaviri təyin edilmişdir. 1-ci dərəcəli dövlət qulluqçusudur.

2012 ci ildə İKT də xidmətlərə görə Azərbaycan Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

Milli Məclisin İqtisadi Siyasət, sənayə və sahibkarlıq komitəsinin və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü və nümayəndə heyəti rəhbərinin müavinidir.

sumqayitxeber.com olaraq aktiv fəaliyyəti ilə seçilən millət vəkili Tahir Mirkişilini təbrik edir, fəaliyyətində uğurlar arzulayırıq.

tahir tahir mirkisili-vyana tahir-mirkisili3 tahirmirkisli44 tahir3 tahir-mirkisili09 tahir mikisili-atet tahir mirkisili2 Tahir3 tahir4 tahir atet2 Tahir Mirkişili tahirmirkisili tahir44 tahir mirkisili2 tahir mirkisili tahir mirkisili2

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın