Menu
Geri İrəli

Sumqayıtlı diceydən əzrayıla təklif: Götür, bu 20 litr benzini…

Müəllif: sumqayitxeber.com • Tarix: 19 İyul 2017 • Baxış sayı: 810 dəfə • Şərh yoxdur

dicey“Ölümqabağı” layihəsinin budəfəki qonağı radio – dicey Rəhman Rəsulovdur.

Yaxında öləcəyinizi bilsəydiniz:

- …son kəs nə düşünərdiniz?

- Baxır bu xəbəri harda öyrənmişəm. Əgər işdə eşitsəm, düşünərəm ki, görəsən, işlərimi kimə tapşıracaqlar?..

-…hansı yeməkdən yeyib, hansı içkini içərdiniz?

- Yemək olmasa da olar. Pivəsiz bir də ayransız keçinə bilmərəm.

- …kiminlə görüşmək istəyərdiniz?

- Prezidentlə!

-… son dəfə efirdə nə deyərdiniz?

- Planlaşdırılmamış halda, 1 suala cavab tapan radio dinləyicilərimə 10 min manat pul qazandırardım. Radio məcbur qalıb pulu verəcək. Çünki efirdə səslənən hər şeyə cavabdehdir. Onsuz da mən sonra olmayacağam…

- … son kəs kimi öpərdiniz?

- Balamı.

- …hansı kitabı oxuyardınız?

-Dino Buzzati – “Tatar çölü”. Amma heyf, burda çatdırmaram. Aparıb orda vərəqləyərdim.

- …ən dəyərli əşyanızı kimə verib gedərdiniz?

- Dənizə atardım. Kim tapsa, halal xoşu! Çünki özüm də dənizdən bahalı əşya tapmışam.

-…nəyi ölümlə dəyişərdiniz?

- Maşınımı. Benzin qalxıb. Onsuz da sürmürəm..

-…son dəqiqələrinizi necə keçirtmək istəyərdiniz?

- İstanbulda. Fənərbaxçanın stadionunda futbola baxaraq…

-…o biri dünyada kimi görmək istəyərdiniz?

- Huriləri.

-…kimi özünüzlə aparmaq istəyərdiniz?

- İşlədib pulumu kəsən bir nəfəri…

-…son 3 kəlməniz nə olardı?

- Mənim efirim bitdi…

-…əzrayıla nə müqavilə təklif edərdiniz?

- Götür bu 20 litr benzini, mənə hələ toxunma!

Teleqraf.com

 

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın