Menu
Geri İrəli

Sumqayıtlı gənclər hərbi hissədə təşkil olunan bayram tədbirinə qatılıblar

Müəllif: sumqayitxeber.com • Tarix: 27 İyun 2017 • Baxış sayı: 435 dəfə • Şərh yoxdur

Silahlı Qüvvələr Günü münasibətilə “N” saylı hərbi hissədə Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə “Qələbəyə aparan Yol” adlı bədii-əyləncəli bayram tədbiri təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.

Baş İdarənin rəis əvəzi Mübariz Bəşirov qeyd edib ki, ümummilli lider Heydər Əliyevin möhkəm iradəsi sayəsində 1994-cü ildə ölkədə atəşkəsə nail olunduqdan sonra ordu quruculuğu istiqamətində böyük işlər görülüb. Bu gün isə Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində dövlətimizin etibarlı müdafiəsi tam təmin olunub.

Digər çıxışlarda da Azərbaycan Silahlı Qüvvələrinin qüdrətindən, ötən ilin aprelində Ordumuzun göstərdiyi şücaətdən ətraflı bəhs edilib.

Tədbir bədii hissə ilə davam etdirilib.

Sonda hərbi hissəyə Baş İdarənin bayram hədiyyələri təqdim edilib.

14984725144493719920_1000x669 14984725145792816283_1000x669

Facebook Şərhləndirmə:

Şərhinizi yazın