Menu
Geri İrəli

Sumqayıtlı gənclərdən yeni uğur – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 28 İyun 2017 • Baxış sayı: 838 dəfə • Şərh yoxdur
Share Button

1497785290_unnamed-1-kopiyaSumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin “28 May” mədəniyyət evinin nəznində fəaliyyət göstərən “Xalq teatrı” yeni uğura imza atıb.
Belə ki, “Xalq teatrı” Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən xalq teatrlarının dəstəklənməsi, onların respublikamızın mədəniyyət və turizm potensialının nümayişində, əhalinin asudə vaxtının səmərəli təşkilində rolunun artırılması məqsədilə keçirilən II Respublika Xalq Teatrları Festivalının seçim mərhələsində S.M.Qənizadənin “Dursunəli və Ballıbadı” tamaşası ilə onbeşliyə düşərək III yerə layiq görülüb, diplom və xatirə hədiyyəsi ilə mükafatlandırılıb.
Qeyd edək ki, tamaşadakı hadisələr Bakı şəhərindəki mehmanxanalardan birində cərəyan edir. Komediya janrında olan bu əsərdə ağa ilə nökərin məzəli münasibətlərindən, bir ağanın digər ağaya göndərdiyi ballıbadıdan söhbət açılır.
Tamaşaçılar tərəfindən yüksək rəğbət və alqışlarla qarşılanan tamaşanın rejissoru Amil Babayev, quruluşçu rəssamı Aytən Xanəliyeva, musiqi tərtibatçısı Kazım Əsgərov, dekorasiyaçı Rəşid Qocayevdir.
Tamaşada Amil Babayev, Cəlal Məcidov, Elmir Əliyev, Günel Cəfərova, Əzizə Əmrahova maraqlı obraz yaradaraq uğurlu ifa nümayiş etdiriblər.
Xatırladaq ki, Sumqayıt şəhər “28 may” mədəniyyət evinin nəznində fəaliyyət göstərən  “Xalq tetarı” 17 illik fasildən sonra fəaliyyətini 2016-cı ildə yenidən bərpa edib və 3 böyük tamaşa ilə tamaşaçılar qarşısında çıxış edib. “Xalq teatrı” repertuarında dahi Üzeyir Hacıbəyovun əsərləri ilə yanaşı tanınmış ölkə yazarlarının da əsrlərinə müraciət edir.

Bundan əlavə, teatrın kollektivi “20 yanvar”, “Xocalı” faciələrinin ildönümlərində, o cümlədən əlamətdar tarixi günlərdə, bayramlarda tamaşaçılar qarşısında tetarlaşdırılmış səhnələrlə çıxış edib, maraqlı kompozisiyalar nümayiş etdiriblər

“28 May” mədəniyyət evinin nəzdində fəaliyyət göstərən “Xalq teatrı”ndan yeni uğur - FOTOLAR

“28 May” mədəniyyət evinin nəzdində fəaliyyət göstərən “Xalq teatrı”ndan yeni uğur - FOTOLAR

“28 May” mədəniyyət evinin nəzdində fəaliyyət göstərən “Xalq teatrı”ndan yeni uğur - FOTOLAR

“28 May” mədəniyyət evinin nəzdində fəaliyyət göstərən “Xalq teatrı”ndan yeni uğur - FOTOLAR

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın