Menu
Geri İrəli

Sumqayıtlı həkim Obama ilə görüşdü – FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 30 İyun 2016 • Baxış sayı: 970 dəfə • Şərh yoxdur

447604Bu il Azərbaycanı dünyanın ən məşhur beynəlxalq proqramlarından olan Elm və Texnologiya üzrə Qlobal Sammitdə (2016 GİSTİ) ixtisasca həkim olan həmyerlimiz Leyla Tağızadə təmsil edib.

ABŞ Dövlət Departamenti və Amerika Elmə Dəstək Assosiasiyası (AAAS) tərəfindən hər il keçirilən müsabiqədə həmyerlimiz final mərhələsində iştirak edib.

Milli.Az bidirir ki, Azərbaycanı müsabiqədə “HealthBox” layihəsi ilə təmsil edən Leyla Tağızadə azvision.az-a açıqlamasında deyib ki, tədbir çox maraqlı və faydalı olub.

L.Tağızadə qeyd edib ki, o, ABŞ Dövlət katibi Con Kerri və ABŞ prezidenti Barak Obamanın iştirakı ilə keçirilən sessiyalarda iştirak edib. Obama sessiya zamanı azərbaycanlı həkimlə görüşərək, onu təbrik edib.

“ABŞ prezidenti Barak Obama hər bir sammit iştirakçısını təbrik etdi. Daha sonra çıxışında elm və texnologiyanın inkişafında sahibkarlığın rolu, həmçinin qadınların və azlıqların hüquqları haqqında danışdı”.

L.Tağızadə qeyd edib ki, onun təqdim etdiyi layihə beynəlxalq münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib. Layihəsi barədə danışan xanım təmsilçimiz bildirib ki, məqsədi konfilikt zonalarında insanların tibbi xidmətlərə əlçatanlığını təmin etməkdir:

“Müharibə, konflikt zonasında olan əhali, yaralananların tibbi xidmətə və ya dərmana ehtiyacı olur. Müharibələr zamanı ilk dağılanlar məktəblər və xəstəxanalar olur. Ona görə də əhaliyə tibbi xidmətin əlçatanlığı həmin müddətdə kəskin aşağı düşür. Bu mobil proqramı işləməyimizin səbəbi həmin problemlərdən qaynaqlanıb. Burada məqsəd insanların mobil vasitələrlə zamanında tibbi xidmətlərdən yararlana bilməsidir. İnsanlar bu problemlərdən əziyyət çəkirlər. Bu layihə qlobal layihə olduğu üçün müsbət qiymətləndirilib. Bunu dünyanın müxtəlif ölkələrində tətbiq etmək olar. Layihəmizi davam etdirmək üçün ABŞ-ın Silikon Vadisində yerləşən Founder İnstitutundan və Türkiyədən dəvət almışıq”.

Qeyd edək ki, Leyla Tağızadənin layihəsi 135 ölkədən 1075 ərizə arasından beynəlxalq münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilərək, final mərhələsinə vəsiqə qazanmışdı.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın