Menu
Geri İrəli

Sumqayıtlı idmançı: Macarıstanda keçiriləcək dünya çempionatında uğurlu nəticə göstərmək əzmindəyəm

Müəllif: sumqayitxeber.com • Tarix: 18 May 2017 • Baxış sayı: 366 dəfə • Şərh yoxdur
Share Button

muradmemmedovİlk görüşdə iranlı rəqibimə 10:5 hesabı ilə qalib gəldim. Təəssüf ki, yarımfinalda uduzdum. Zənnimcə, kifayət qədər istirahət etməməyim uduzmağımla nəticələndi.

Bu sözləri AZƏRTAC-a müsahibəsində IV İslam Həmrəyliyi Oyunlarında 3-cü yerə çıxan yunan-Roma güləşçisi Murad Məmmədov (59 kiloqram) deyib.

Gənc idmançının bu yarışda hədəfi qızıl medal olub: “Çempionluq haqqında düşünürdüm. Təəssüf ki, alınmadı. İlk qarşılaşmadan sonra dərhal hazırlaşaraq ikinci görüşə çıxdım ki, bu da əhvalıma təsir etdi. Gərginlik və həyəcan öz sözünü dedi. İnşallah, avqustda Macarıstanda keçiriləcək dünya çempionatında uğurlu nəticə göstərmək əzmindəyəm”.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın