Menu
Geri İrəli

Sumqayıtlı kadr nazir müavini təyin edildi- TANITIM

Müəllif: sumqayitxeber.com • Tarix: 28 İyun 2016 • Baxış sayı: 548 dəfə • Şərh yoxdur

1467105288_emin-huseynov-muavin-3Azərbaycan prezidenti İlham Əliyev maliyyə nazirinə yeni müavin təyin edib. Ölkə başçısı bu barədə sərəncam imzalayıb. Sərəncama əsasən Emin Hüseynov maliyyə nazirinin müavini təyin olunub.

Emin Hüseynov 1974-cü ildə Sumqayıt şəhərində anadan olub. O, 1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetini fərqlənmə diplomu ilə bitirib, 1998-ci ildə ABŞ-ın Florida Universitetində magistr, 2009-cu ildə isə Harvard Universitetində təhsil alıb.
Əmək fəaliyyətinə 1996-cı ildə Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən başlamış Emin Hüseynov 1998–2001-ci illərdə Dünya Bankının Azərbaycan ofisində, 2001–2003-cü illərdə Beynəlxalq Valyuta Fondunun Azərbaycan ofisində iqtisadçı işləyib.
E.Hüseynov 2005-ci ildən isə Azərbaycan Mərkəzi Bankında Tədqiqatlar və İnkişaf Mərkəzinin Baş Direktoru vəzifəsində çalışıb. Emin Hüseynov bundan əlavə ADA Universitetinin Strategiya və İnkişaf üzrə Prorektoru vəzifəsində çalışıb.
O, 2006-cı ildən Azərbaycan Bank Tədris Mərkəzində iqtisadi və maliyyə sistemləri, 2009-cu ildən isə liderlik mövzuları üzrə təlim kursları keçirib.

azvision.az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın