Menu
Geri İrəli

Sumqayıtlı müğənni-bəstəkar Murad Arif : “Bunu “müğənninin köməkçisi” səviyyəsinə salıblar”

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Oktyabr 2017 • Baxış sayı: 265 dəfə • Şərh yoxdur
Share Button

muradarif“Prodüser” kimi şərəfli və ağır peşəni yalnız bizim ölkədə “müğənninin köməkçisi” səviyyəsinə salıblar… Halbuki prodüser ideya təklif edən, layihəni yönəldən, gedişləri düşünən, idarə, istehsal edən, yaradan və satan adamdır”.

sumqayitxeber.com  axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni-bəstəkar Murad Arif sosial şəbəkədə yazıb. Sənətçi prodüserliyindən bəhs edib:

“2004-də bir gənc dostumuzun bütün yaradıcı addımlarını özüm düşünüb, yönəltdim. İki ildən sonra onun öz təklifləri yaranan kimi işi yekunlaşdırmaq qərarına gəldik. Növbəti illərdə də yalnız ideya müəllifi olaraq digər sənətçi dostlarla çalışdım…

Bu gün sənətçi olaraq özüm özümə prodüserəm. Yəni bütün addımlarımın, piar və “raskrutka” siyasətimin, şirkət və müştərilərlə görüşlərin, hara, hansı proqrama, necə və hansı repertuarla çıxmaq məsələlərini, müsahibə vermək, maliyyəni hara və nə qədər yatırım etmək qərarlarını, mahnı, repertuar seçməyi, “Murad Arif” layihəsini hansı strategiya ilə davam etmək düşüncələrinin müəllifi özüməm. Təbii ki, çətindir.

Sözümün canı odur ki, “prodüser” olmaq istəyən gənclər, arzunuzdan dönməyin.
Gerçək bir “ideya generatoruna” hər zaman, hər layihə, film, proqram və sənətçinin ehtiyacı var.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın