Menu
Geri İrəli

Sumqayıtlı Xaliq İskəndərov Amerika və Avropa bazarlarını ələ keçirdi

Müəllif: sumqayitxeber.com • Tarix: 11 İyul 2016 • Baxış sayı: 1,103 dəfə • Şərh yoxdur

xaliqVirtualaz.org və haqqin.az yaxşı həyat dalınca Qərbə yollanmış və uğur qazana bilmiş həmyerlilərimiz haqda çox yazıb. Bunlardan biri də “Linen Micarta” şirkətinin həmtəsisçisi sumqayıtlı Xaliq İskəndərovdur. Onun şirkəti mobil telefonlar üçün çexolların yeni nəslinin dizaynı və istehsalı ilə məşğuldur.

Həmyerlimizin fikirləşib tapdığı yeni məhsul artıq Amerika və Avropa bazarlarını fəth etməkdədir. “Linen Micarta”nın smartfonlar üçün çexolları mobil telefon aksessuarları bazarında yenilikdir.

“Biz insanların çexollara olan münasibətini dəyişmək istədik. Son nəhayətdə, bu gündəlik həyatda ən çox işlətdiyimiz əşyalardandır. Artıq 10 ildən çoxdur ki, mobil telefonlar üçün aksessuarların dizaynı və istehsalı sahəsində işləyirəm. Yüzlərlə növ telefon çexolu görmüşəm. Ən əsası isə odur ki. mən onlarda çatışmayan cəhəti görmüşdüm – fərdilik və detallara diqqət”, – Xaliq deyir.

Xaliqin və həmkarlarının səylərinin nəticəsi kimi ilk dəfə olaraq smartfonlar üçün qarolitdən (xüsusilə möhkəm şüşə lifi) hazırlanmış yeni çexol meydana gəlib. Yaradıcılarının sözlərinə görə, yeni çexol poladdan möhkəmdir, çox uzunömürlüdür. Smartfonun etibarlı müdafiəsini təmin edir və yaraşıqlıdır. Təbii dəridən hazırlanmış portmanat isə çexolun tərkib hissəsidir və onun funksionallığını artırır.

“Linen Micarta”nın dizayner bürosu Nyu-Yorkda və Ohayoda yerləşir. Şüşə lifli kompozit material Konnektikutda istehsal edilir və Ohayoda emal edilir. Çexollar üçün dəri Türkiyədən, rezin altlıq isə Çindən idxal olunur.

Redaksiyamız Xaliq İskəndərovu yaradıcılıq uğuru münasibətilə təbrik edir və bu işlərində ona gələcəkdə də müvəffəqiyyətlər arzulayır.

ABŞ-da mobil texnologiyalar bazarını ələ keçirən sumqayıtlı Xaliq İsgəndərov kimdir? - TANITIM (FOTO+VİDEO)

Facebook Şərhləndirmə:

Şərhinizi yazın