Menu
Geri İrəli

Suvenir satan Mehman: “Ürək əməliyyatı olunacağam”

Müəllif: sumqayitxeber.com • Tarix: 31 İyul 2017 • Baxış sayı: 1,027 dəfə • Şərh yoxdur
1501503018_saticiSon günlər sosial şəbəkələrdə populyarlaşan Mehmanın 16 yaşı var. 8-9 il küçələrdə saqqız, tum, salfet, şirniyyat satıb. Hazırda isə anası və bacılarının hazırladığı suvenirləri satışa çıxarır.
Deyir ki, heç kəsdən artıq bir manat da olsa qəbul etmir, satdığı məhsullun qiyməti nədirsə, onu istəyir: “Çox şey satmışam. Tum, şirniyyat, suvenir. Mənə artıq pul lazım deyil, elə bu satdıqlarımın pulunu versinlər, yetərlidir. Suvenirlərin içindəki sabundur. Üzərini bəzəyiblər, həm də yaxşı qoxusu var. Bunun əziyyəti çoxdur, qiyməti 5 manatdır. Elə gün olur almırlar, elə gün olur hamısını satıram”.
Mehman Hökməli kəndində yaşayır. Səhər saatlarında 9-cu mikrorayon ərazisinə gəlir, məhsulları satdıqdan sonra evlərinə qayıdır. Demək olar ki, onu burada çox adam tanıyır. Mərd, dürüst insan kimi. “Qazancla evə gedəndə anam çox sevinir” deyir: “Anam deyir, çox sağ ol, sən yaxşı övladsan”.
Ailənin yükü onun üzərinə düşdüyü üçün 9-cu sinifdən məktəbi tərk edib. Amma təhsillini davam etdirmək onun arzusudur: “Kim istəməz ki? Mən də istərdim ki, oxuyum məktəbdə, sinif yoldaşlarımla olum, bir sənət sahibi olum. Biznesmen olmaq istərdim. Mənə Allah kömək olsun. Bir az işləyim, əlimdə maya olsun. Yavaş-yavaş biznesimi artıracağam”.
Müsahibimiz deyir ki, imkanı olan kimi ilk görəcəyi iş təhsil almaq olacaq. Mehman  kənddə toylara meyxanaçı kimi də gedir: “Meyxana deyirəm, kənd toylarına gedirəm. Elə toy olur pul verirlər, eləsi var yox. Şabaş verirlər. Qohum toylarına elə-belə gedirəm”.
Mehmanın bir problemi də var – yaxın günlərdə ürəyindən əməliyyat olunacaq. Əməliyyatın pulu adının çəkilməsini istəməyən xeyriyyəçi bir insan tərəfindən ödənilib. Amma müəyyən xərclər var ki, onun pulu çatmır, buna görə də daha çox məhsullarının satılmasını istəyir: “Mən əməliyyat olunacağam. Ürək əməliyyatı. Bacım da əməliyyat olunub, artıq evdədir. Mən də olunacağam. Əməliyyat pulumu ödəyiblər. Əməliyyat olunandan sonra korset aparatura, dərmanlar-filan alınmalıdır. Ona görə 2000 manat pul lazımdır. İstəyirəm məndən mal çox alsınlar ki, o pulu düzəldim, əməliyyat olunum”.
Mehmana atası ilə bağlı sual verdikdə isə danışmaq istəmədi. Biz də məcbur etmədik. Satışa çıxardığı bir-birindən gözəl, incə və zərif suvenirləri almaqla ona yardımçı ola bilərsiniz.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın