Menu
Geri İrəli

Tahir Mirkişili: ATƏT Ermənistanın dağıdıcı siyasətinin qarşısını almalıdır

Müəllif: sumqayitxeber.com • Tarix: 30 May 2017 • Baxış sayı: 474 dəfə • Şərh yoxdur
Share Button

18817714_10155296788732482_622273270_oAvstriyanın Fillax şəhərində ATƏT Parlament Assambleyasının (PA) “Milli azlıqların dəstəklənməsində milli parlamentlərin potensialı” mövzusunda təşkil etdiyi konfransda Milli Məclisin Assambleyadakı nümayəndə heyəti sədrinin müavini Tahir Mirkişili çıxış edib.

Hazırda sivilizasiyaların qovuşmasının baş verdiyi, millətlərarası inteqrasiyanın mühüm əhəmiyyət kəsb etdiyi bir vaxtda belə bir tədbirin keçirilməsinə görə ATƏT PA-nın prezidentinə təşəkkür edən Milli Məclisin deputatı tədbirin keçirildiyi Karintiya bölgəsinin tarixinin və inkişaf mərhələlərinin xeyli maraq doğurduğunu qeyd edib. Azərbaycanda milli azlıqların hüquqlarının dövlət səviyyəsində daim qorunduğunu deyən deputat ölkədə milli azlıqların həm öz adət-ənənələrini, dil, din, mədəniyyətlərini qoruduğunu, həm də onların Azərbaycan cəmiyyətinə inteqrasiya olunduqlarını vurğulayıb. O, milli azlıqların nümayəndələrinin icra, qanunverici və məhkəmə orqanlarında yetərincə təmsil olunduğunu qeyd edərək, multikultural dəyərlərin inkişaf etdirilməsinin Azərbaycanın strateji dövlət siyasəti olduğunu diqqətə çatdırıb.

Tahir Mirkişili dünyada milli azlıqların hüquqlarının qorunması zamanı qarşıya çıxan problemlərdən söz açaraq bu problemləri yaradan əsas səbəb kimi 3-cü dövlətin müdaxiləsini əsas göstərib. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini qeyd edərək Dağlıq Qarabağda azərbaycanlı və erməni icmaları arasında etimad, birgəyaşayış prinsiplərinin formalaşmasında Ermənistanın işğalçılıq siyasətinin dağıdıcı rolunu diqqətə çatdırıb və bu müdaxilələrin qarşısının hamı tərəfindən alınmalı olduğunu vurğulayıb.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın