Menu
Geri İrəli

Tahir Mirkişili: “ATƏT PA-nın qış sessiyasında Qarabağla bağlı yeni məsələ qaldırılacaq”

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Yanvar 2017 • Baxış sayı: 471 dəfə • Şərh yoxdur

tahir mikisili-atetATƏT Parlament Assambleyasının (ATƏT PA) qış sessiyasının iclası 23-24 fevralda Avstriyanın paytaxtı Vyanada olacaq.Bu barədə Modern.az-a Milli Məclisin deputatı, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin sədr müavini Tahir Mirkişili məlumat verib.
Onun sözlərinə görə gündəlikdə müzakirə olunacaq məsələlər müəyyən olunmayıb.

“ATƏT PA nın iclası 23-24 fevralda Avstriyanın paytaxtı Vyanada olacaq. Gündəlik hələlik tam müəyyən olunmayıb.

Gündəlikdə hansı məsələlərin müzakirə olunmasından asılı olmayaraq, nümayəndə heyətimizin üzvlərinin Qarabağ münaqişəsi ilə bağlı məsələləri müzakirə etməyi planlaşdırılır. Ermənistanın işğal siyasətini davam etdirməsi və bunun da son zamanlar müşayiət etdiyimiz təhlükəsizlik məsələlərinin pozulmasına gətirib çıxarması halları ilə bağlı məsələ qaldırılacaq.

Həmçinin, bu cür hallara görə ATƏT-in Minsk qrupu konkret addımlar atmalıdır”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın