Menu
Geri İrəli

Tahir Mirkişili: “Azərbaycan Prezidentinin səyləri dünyada yeni təhlükəsizlik sisteminin formalaşmasında mühüm rol oynayır”

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Fevral 2017 • Baxış sayı: 345 dəfə • Şərh yoxdur
Share Button

tahir_mirkishili_120116“Münxendə keçirilən 53-cü təhlükəsizlik konfransında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ölkəmizin dünya təhlükəsizlik sisteminin yenidən qurulmasına yaxından qatılmaq istəyini hər kəsə nümayiş etdirdi.

Bunu Trend-ə Milli Məclisin deputatı Tahir Mirkişili deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin həm müxtəlif ölkə rəhbərləri ilə görüşlərində, həm də aparıcı biznes qurumları ilə müzakirələrində əsas məsələ Azərbaycanın qarşısında duran çağırışlarla bağlı olub: “Hərtərəfli iqtisadi islahatlar aparan Azərbaycanın dünya biznes strukturları üçün daha açıq olması və iqtisadi cəlbediciliyin mümkün qədər bütün auditoriyalarda bəyan edilməsi əsas hədəflərdəndir və ölkə Prezidenti bu dəfə də bu beynəlxalq imkanlardan məharətlə istifadə etdi. Ölkəmizin Qərb və Şərq arasında iqtisadi, mədəni körpü olmasını artıq bütün dünya qəbul edir və dövlət başçısının qatıldığı panel müzakirələrində ona ünvanlanan suallar və bu sualların cavabları bunu bir daha ortaya qoydu”.

T.Mirkişili vurğulayıb ki, dünyanı da, Azərbaycanı da narahat edən problemlərdən ən önəmlisi təhlükəsizlik məsələsidir: “Azərbaycan uzun illərdir ki, Ermənistanın işğalından əziyyət çəkir. Eyni zamanda regionda baş verən hərbi hadisələr, aparıcı dövlətlər arasında ziddiyyətlərin yaranması dünya təhlükəsizlik sisteminin əsasını zəiflətməkdədir. Digər tərəfdən beynəlxalq hüquq normalarına hörmət edilməməsi və ikili standartlar bu ziddiyyətlərin daha da dərinləşməsinə səbəb olur. Azərbaycan Prezidenti bütün çıxışlarında dünyada təhlkəsizlik sisteminin yenidən qurulmasına ehtiyacın olduğunu qabaqrtmaqla, bunun üçün beynəlxalq hüquq normalarına, ərazi bütövlüyünə bütün ölkələrdə hörmət edilməsinin, eyni standartın tətbiq olunmasının vacib olduğunu iştirakçıların diqqətinə çatdırdı. Eyni zamanda, regionda təhlükəsizliyin təmin olunmasında, aparıcı dövlətlər arasında olan ziddiyyətlərin aradan qaldırılmasında Azərbaycanın rolunu bir daha izah edərək bu səylərin bütün dünyanın təhlükəsizliyinə xidmət etdiyini izah etdi”.

Deputat hesab edir ki, Münxen təhlükəsizlik konfransı bir sıra aspektdən Azərbaycan üçün əlamətdar oldu:

“İlk növbədə beynəlxalq platformadan istifadə edilərək Azərbaycan həqiqətləri, Ermənistanın işğalçı siyasətinin davam etməsi və bunun bütün dünya üçün nə dərəcədə təhlükəli olduğu bir daha iştirakçıların diqqətinə çatdırıldı. Digər tərəfdən iqtisadi görüşlər keçirməklə Azərbaycan Prezidenti ölkəmizin iqtisadi inkişafını dünya aparıcı biznes strukturları ilə inteqrasiya formasında gördüyünü nümayiş etdirdi. Digər tərəfdən Azərbaycanın həm regional, həm də dünya miqyasında aparıcı rolunu bir daha sübut etdi. Azərbaycan Prezidentinin səyləri dünyada yeni təhlükəsizlik sisteminin formalaşmasında mühüm rol oynayır. Və bu rol həm nümayiş olundu, həm də hər kəs tərəfindən qəbul olundu”.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın