Menu
Geri İrəli

Tahir Mirkişili: “Ermənistanın ATƏT PA-da nümayəndə heyətinə sanksiya tətbiq olunsun!”

Müəllif: sumqayitxeber.com • Tarix: 2 İyul 2016 • Baxış sayı: 997 dəfə • Şərh yoxdur

tahir mikisili-atetTbilisidə ATƏT Parlament Assambleyasının 25-ci yay sessiyası keçirilir. “Parlament əməkdaşlığının 25 ili: dialoq vasitəsilə etimadı gücləndirərək” mövzusuna həsr olunan sessiya çərçivəsindəİqtisadiMəsələlər, Elm və Texnologiya Komitəsinin iclası keçirilib.

İclasda İtaliyalı məruzəçi xanım Marietta Tideinin məruzəsi dinlənilib. İqtisadi əlaqələri inkişaf etdirməklə ölkələr arasında etimadın artırılmasına nail olmağın daha dayanıqlı olduğunu önə çəkən məruzəçi ATƏT regionunda iqtisadi münasibətlərin inkişafı imkanlarından söz açıb.

Daha sonra söz alan Ermənistan nümayəndə heyətinin üzvü gözənilmədən siyasi bəyanatla çıxış edib. Çıxışını əsasən aprel döyüşlərinə həsr edən Ermənistan nümayəndə heyətinin üzvü Azərbaycanı hədələyərək bu cür hadisələrin təkrar olunacağı təqdirdə Ermənistanın daha artıq Azərbaycana cavab verəcəyi bəyan edib.

Ermənistan nümayəndə heyətinin üzvünün təxribatçı çıxışından sonar söz alan Azərbaycan nümayəndə heyətinin üzvü Tahir Mirkişili Ermənistan nümayəndə heyətinn bu bəyanatını təxribat adlandırıb: “İqtisadiMəsələlər, Elm və Texnologiya Komitəsinin iqtisadi əməkdaşlığa həsr olunan iclasında Ermənistan nümayəndə heyətinin belə aqressiv bəyanat verməsi bizi çox təəcübləndirdi. Əslində biz burda iqtisadi əməkdaşlıqdan, ölkələr arası etimadın daha da artırılmasından, Azərbaycan Prezidentinin təşəbbüsü ilə regional layihələrin həyata keçirilməsindən danışaraq ATƏT regionunda əməkdaşlıq mühitinin yaranmasına çalışan bir zamanda belə bir aqressiv bəyanatın verilməsi yersizdir. Digər tərəfdən, siyasi bəynatların verilməsi üçün ATƏTƏ PA nın digər siyasi komitələri vardır. Mən belə bir bəyanat vermək üçün Ermanistan nümayəndələrini zalı tərk edərək ya Ermanistanda, ya da digər siyasi komitələrdə belə siyasi bəyanat verməyə çağırıram”

Daha sonar çıxışına davam edən Tahir Mirkişili hər kəsin diqqətini Ermənistan nümayəndə heyətini dağıdıcı fəaliyyətinə diqqət yetirməyə çağırıb:

” Bildiyiniz kimi hazırda Azərbaycan və Ermənistan Prezidentləri arasında sülh danışıqları gedir, həmsədr ölkələr danışıqlarda vasitəçilik edirlər. Bel bir zamanda belə bir bəyanatın səslənməsi təxribatdır, danışıqlar prosesinə zərbə vurmağa hesablanıb. Bu ilk dəfə deyil ki, Ermənistan təxribatçı fəaliyyətlə məşğul olur. Digər tərəfdən, aprel döyüşləri Azərbaycan ərazisində baş verib, Azəraycan-Ermənistan sərhədində hec bir ciddi insident qeydə alınmayıb. Ermənistanın bu bəyanatı bir daha göstərdi ki, Ermənistan işğalçı dövlətdir və belə bir işğalçı dövlətə aramızda yer olmamalıdır. Mən ATƏT PA-nın rəhbərliyinə çağırış edirəm ki, işğalçı Ermənistan dövlətinin belə təxribatçı bəyanatlarının qarşısını almaq üçün Ermənistan nümayəndə heyətini sanksiyalar tətbiq olunsun!”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın