Menu
Geri İrəli

Tahir Mirkişili: “Mehriban xanım Əliyevanın birinci-vitse prezident kimi fəaliyyəti Azərbaycan xalqının firavan yaşamasına xidmət edəcək”

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Fevral 2017 • Baxış sayı: 154 dəfə • Şərh yoxdur

tahir mirkisli“Mehriban xanım Əliyevanın birinci-vitse prezident kimi fəaliyyəti ölkəmizin daha da güclənməsinə, inkişafına və xalqın firavan yaşamasına xidmət edəcək”.

sumqayitxeber.com xəbər verir ki, millət vəkili Tahir Mirkişili bildirib ki, Azərbaycan Konstitutsiyasına görə birinci vitse-prezident dövlət idarəçiliyində və ölkənin inkişafında mühüm rola malikdir:

“Azərbaycanın regionda və dünyada nüfuzu durmadan artır, ölkə qarşısında duran çağırışlar artır. Belə çətin, şərəfli, məsuliyyətli və tale yüklü məsələləri öz üzərinə götürərək bu vəzifələrin öhdəsindən layiqincə gələ biləcəyi şəxsin birinci-vitse prezident təyin olunmasını bütün azərbaycan xalqı arzulayırdı. Və əslində səmimi olaraq bütün azərbaycan xalqı da bu vəzifədə yalnız Mehriban xanım Əliyevanı görürdü. Ölkə Prezidenti İlham Əliyevin bugünkü sərəncamı ölkəsini, xalqını sevən hər kəsi sevindirdi. Mehriban xanım Əliyeva bütün həyat fəaliyyətində insanlara kömək etmiş, hər kəsin ümid yeri olmuş, eyni zamanda dövlət idarəçiliyində öz ədalətli, müasir və qətiyyətli qərarları ilə seçilmişdir”.

Millət vəkili deyib ki, ölkəmizin beynəlxalq aləmdə müasir, müstəqil və çağdaş ölkə imici qazanmasında misilsiz xidməti olan Mehriban xanım Azərbaycan xalqının mədəni və mənəvi irsinin zənginləşməsinə nail olmuşdur:

“Qarabağ həqiqətlərinin, Xocalı faciəsinin dünyaya tanıdılması, azərbaycan xalqının düşmənlərinə barışmaz mövqe, hər bir azərbaycanlıya qayğı ilə yanaşmaq, yüksək təşkilatçılıq qabiliyyəti Mehriban xanımın çox zəngin fəaliyyətinin bir hissəsini xarakterize edir. Mehriban xanım Əliyevanın birinci-vitse prezident kimi yeni fəaliyyəti ölkəmizin daha da güclənməsinə, daha da inkişafına və Azərbaycan xalqının firavan yaşamasına xidmət edəcək”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın