Menu
Geri İrəli

Tahir Mirkişili: “Sarkisyanın bəyanatı mövqelərini möhkəmlətməyə yönəlib”

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Avqust 2016 • Baxış sayı: 347 dəfə • Şərh yoxdur

tahir mirkisili“Əslində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda birtərəfli güzəştlərdən söhbət getmir. Burada Azərbaycanın da edəcəyi güzəştlər təklif olunur. Məsələn, işğal olunmuş rayonların azad olunması əvəzində kommunikasiya xətlərinin açılması, Rusiyadan Azərbaycana keçərək Ermənistana gedən dəmir yolunun açılması – bütün bunlar Azərbaycan tərəfdən ediləcək böyük güzəştlərdir”. Bunu SİA-ya millət vəkili Tahir Mirkişili deyib.

Dağlıq Qarabağın (DQ) Azərbaycana qaytarılmaması məsələsinə gəldikdə isə deputat deyib ki, Sarkisyan bunu ilk dəfə deyil bəyan edir: “Bu Ermənistanın daxili ictimaiyyətinə yönəlmiş bir bəyanatdır. Çünki, Ermənistan daxilində Sarkisyanın dayaqları çox zəifləyib, Ermənistanı tez-tez etirazlar dalğası bürüməkdədir. Aprel döyüşlərindən sonra Ermənistan ictimaiyyəti DQ-nı işğal altında uzunmüddət saxlaya bilməyəcəklərini anladılar. Bunun günahını təbii olaraq həm də Sarkisyanda görürlər. Belə bir şəraitdə Sarkisyanın bu bəyanatı öz mövqelərini Ermənistan daxilində möhkəmlətməyə yönəlib”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın