Menu
Geri İrəli

Tanınmış yazıçının yeni romanının ilk təqdimatı Sumqayıtda keçiriləcək

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Noyabr 2017 • Baxış sayı: 560 dəfə • Şərh yoxdur
Share Button

1511793284293062475_1000x669Tanınmış yazıçı Elçin Hüseynbəylinin “Qələm” nəşriyyatında nəfis şəkildə çap olunun romanı “Yenə iki od arasında” adlanır. Yazıçı bu əsərini Yusif Vəzir Çəmənzəminlinin xatirəsinə ithaf edib.

Elçin Hüseynbəyli AZƏRTAC-a bildirib ki, roman Qarabağ tarixinə, Yusif Vəzir Çəmənzəminlinin kəşməkəşli həyatına həsr olunub.

Əsər Azərbaycan oxucuları, xüsusən də gəncliyi üçün Qarabağ dərdimizi anladan dəyərli bir mənbədir. Kitaba “Ön söz”ü Xalq Yazıçısı Anar, “Son söz”ü isə akademik Nizami Cəfərov yazıb.

Romanın paytaxtla yanaşı, bir çox bölgələrdə təqdimatının keçirilməsi nəzərdə tutulur.

İlk təqdimat noyabrın 29-da Sumqayıtda Əli Kərim adına Poeziya Evində keçiriləcək.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın