Menu
Geri İrəli

Təcili!!! İlham Əliyevlə Serj Sərkisyan gələn həftə Vyanada görüşəcək

Müəllif: sumqayitxeber.com • Tarix: 12 May 2016 • Baxış sayı: 468 dəfə • Şərh yoxdur

141463_res_01Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sərkisyan gələn əftə Avstriyanın paytaxtı Vyanada görüşəcək.

Virtualaz.org xəbər verir ki, bu haqda İrəvandakı diplomatik mənbə TASS-a bildirib. “Görüş ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə baş tutacaq”-mənbə bildirib.

Virtualaz.org qeyd edir ki, az əvvəl ATƏT-in Minsk Qrupu həmsədrlərinin birgə bəyanatı yayılıb. Bəyanatda deyilir:”Təmas xəttində bir müddət əvvəl müşahidə olunan zorakılığı və gərginliyin azaldılmasının zəruriliyini nəzərə alaraq hesab edirik ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün vaxtı çatıb. Xarici işlər nazirlərimiz bu görüşün gələn həftə Vyanada keçirilməsinə yardım etməyə hazırdırlar. Onların əsas vəzifəsi atəşkəs rejimini gücləndirmək və müzakirə olunan elementlər və prinsiplər əsasında münaqişənin hərtərəfli həlli barədə danışıqların bərpa edilməsi üçün əlverişli şərait yaradacaq etimad tədbirləri üzrə konsensus əldə etmək olacaq”, – deyə bəyanatda deyilib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın