Menu
Geri İrəli

Tələbələrə güzəştli kreditlər veriləcək – YENİLƏNİB

Müəllif: sumqayitxeber.com • Tarix: 6 İyun 2016 • Baxış sayı: 317 dəfə • Şərh yoxdur
Share Button

telebe

Kreditlərin şərtləri və məbləğləri açıqlandı.

Bu gündən Azərbaycanda aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli kreditlərin verilməsinə başlanılıb.

Maarifçi Tələbə Kredit Fondunun (MTKF) icraçı direktoru Rüfət Mahmud deyib ki, tələbələr 6-15 iyun tarixlərində fonda müraciət edərək kreditləri əldə edə bilərlər.

Fondun maliyyə imkanlarından istifadə etmək üçün tələbələrə ümumi tələblər qoyulub.

R.Mahmud qeyd edib ki, tələblər müraciət edənin Azərbaycan vətəndaşı olması, təsisçi ali məktəblərdən birində təhsil alması, təhsilin davam etdirilməsi üçün maliyyə yardımına ehtiyacın olması, valideynlərin və özünün daha əvvəl aldığı kreditlər üzrə de-folt hadisələr baş verməməsindən ibarətdir:

“Bəzi xüsusi şərtlər də var ki, hər il yenilənə bilər.

Kredit bu il üçün yalnız bakalavr pilləsində təhsil alan tələbələr üçün müəyyənləşib. Tələbənin ümumi orta müvəffəqiyyət balı 71 baldan yuxarı olmalıdır. Tələbənin göstəriciləri növbəti illərdə aşağı olsa, o zaman onlara kredit verilməyəcək”.

R.Mahmud qeyd edib ki, fond təsis olunarkən ölkənin 10 ali məktəbi maddi sərmayə yox, qeyri-maddi töhfə verib. Hər bir universitet elmi şurasında tələbələrin sayını təsdiqləyib, ayrılan yerləri fonda sərmayə olaraq qoyub.

Maliyyə şərtlərinə gəlincə, fondun icraçı direktoru qeyd edib ki, kreditin maksimum faiz dərəcəsi 8% təşkil edir. Tələbələr üçün standart və güzəştli paketlər olacaq. Standart paketlərdə 8%-lik dərəcə götürülüb:

“Güzəştli paketlərdə 6%-lik kredit məbləği nəzərdə tutulur. Kreditin müddətinə gəlincə, tələbə universiteti bitirəndən sonra 1 il güzəştli müddət alır və bu bir ildən sonra 10 il ərzində krediti geri qaytarır. Fondun maliyyə əməliyyatlarının agent bankı “Kapital Bank”dır.

Gələcəkdə digər banklarla da əməliyyat aparmaq mümkün olacaq. Oğlanlarda əsgərlik müddəti olarsa, o zaman kreditin vaxtı 1 il də artırılacaq.

Bir tələbə hər bir il üçün maksimum 4000 min manat məbləğində şərti olaraq kredit ala bilər. Kreditin maksimum məbləği isə 20 min manatdır. Tələbə o pulu götürmür, fonddan birbaşa ali məktəbə ödənilir”.

R. Mahmud əlavə edib ki, tələbələr krediti almaq üçün hər il mütləq müraciət etməlidir. Onun sözlərinə görə, I kurs tələbələri kredit üçün müraciət edə bilməzlər.

Çünki onların akademik göstəricisi qiymətləndirilməlidir. Tələbələr II kursdan kredit üçün müraciət edə bilərlər. Kredit qaytarılmasa, məhkəməyə müraciət edilə bilər.

12:31

Azərbaycanda təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələblərə uzunmüddətli güzəştli kreditlər veriləcək.

APA-nın məlumatına görə, bunu Maarifçi Tələbə Kredit Fondunun (MTKF) fəaliyyətə başlamasına və qurumun saytının istifadəyə verilməsinə həsr olunan media-brifinqdə MTKF-nin icraçı direktoru Rüfət Mahmud deyib.

Onun sözlərinə görə, Fondu Təhsil Nazirliyinin təşəbbüsü ilə dövlət ali təhsil müəssisələri – Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Gəncə Dövlət Universiteti və Sumqayıt Dövlət Universiteti təsis edib.

R.Mahmud qeyd edib ki, fondun əsas missiyası təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlər verilməsi vasitəsilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır:

“Kreditlər üçün müraciət edən tələbələr müəyyən ümumi tələblərə cavab verməlidirlər.

Fonda Azərbaycan vətəndaşı olan, müvafiq təsisçi universitetlərin birində təhsil alan və təhsilini davam etdirmək üçün maliyyə yardımına ehtiyac duyan tələbələr müraciət edə bilərlər”.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın