Menu
Geri İrəli

Temperatur 39 dərəcəyə çatır

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Avqust 2016 • Baxış sayı: 154 dəfə • Şərh yoxdur

gunes_hava_2Avqustun 4-də Bakıda və Abşeron yarımadasında havanın əsasən az buludlu, əsasən yağmursuz olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Abşeron yarımadasında gecə 22-25, gündüz 31-36, Bakıda gecə 23-25, gündüz 33-35 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq, lakin günün birinci yarısında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın