Menu
Geri İrəli

Temperatur 39 dərəcəyə çatır

Müəllif: sumqayitxeber.com • Tarix: 29 İyun 2016 • Baxış sayı: 539 dəfə • Şərh yoxdur

gunes_hava_2İyunun 30-da Bakıda və Abşeron yarımadasında  hava şəraiti əsasən yağmursuz  olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi arabir güclənəcək. Abşeron yarımadasında gecə 22-26, gündüz  31-36, Bakıda gecə 23-25, gündüz 34-36 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək, lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısa müddətli yağış yağacağı gözlənilir. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz  34-39, dağlarda gecə 14-19, gündüz 24-29 dərəcə isti olacaq.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın