Menu
Geri İrəli

Temperatur yenidən 42 dərəcəyə yüksələcək – HAVA PROQNOZU

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Avqust 2016 • Baxış sayı: 357 dəfə • Şərh yoxdur

Sabah Bakıda və Abşeron yarımadasında havaşəraiti yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə  22-26 dərəcə isti, gündüz  35-39 dərəcə, bəzi yerlərdə 41dərəcə isti, Bakıda gecə 23-25 dərəcə isti, gündüz  37-39 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində 760 mm  civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 55-65 faiz, gündüz  20-30 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26 dərəcə, Buzovna, Mərdəkan, Şüvəlanda  26-27 dərəcə, Türkan, Hövsan, Sahil, Şıxda  28-29 dərəcə isti olacağı gözlənilir.

Avqustun 22-də Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25 dərəcə isti, gündüz  35-40 dərəcə isti, bəzi yerlərdə 42 dərəcə, dağlarda gecə 15-20 dərəcə isti, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın