Menu
Geri İrəli

Tramp və mətbuat: mübarizə ölüm-qalım məsələsinə dönüb

Müəllif: sumqayitxeber.com • Tarix: 21 İyul 2017 • Baxış sayı: 535 dəfə • Şərh yoxdur
Share Button

trampABŞ-ın ən iri media qurumlarının prezident Donald Trampla münaqişəsi açıq meydan savaşına çevrilib

Ağ Ev rəhbərinin Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə Hamburqda masa arxasında 2-ci görüşünün gün işığına çıxarılması prezidentlə mətbuat arasındakı uçurumu daha da dərinləşdirib.

Donald Tramp, həmişə olduğu kimi, xəbəri yayanları saxta informasiyalar verməkdə suçlayaraq mətbuatı onun fəaliyyətini təhrif olunmuş şəkildə işıqlandırmaqda ittiham edib.

Musavat.com xarici mətbuata istinadən prezidentlə mətbuat arasında müharibənin ümumi icmalını təqdim edir.

ABŞ prezidenti istəsə də, istəməsə də, demək olar, hər həftə mətbuatın önünə yeni mövzu bəxş etməyə davam edir. Təkcə son hadisə ilə əlaqədar “The Washington Post” qəzetində bir həftə ərzində 10-dan çox məqalə dərc olunub.

Bununla bağlı Harvard İdarəçilik məktəbinin mətbuat üzrə eksperti professor Tomas Pattersonun araşdırması diqqəti cəlb edir. May ayında dərc olunan hesabatda Trampın ilk 100 günündə medianın ona olan münasibəti tədqiq edilib.

Картинки по запросу trump vs US press

Məlum olub ki, CNN və NBC-də göstərilən verilişlərdə Trampın əleyhinə və xeyrinə gedən proqramların faizi 93-ün 7-yə nisbətindədir.

“New York Times”da bu 87:13, “Washington Post”da 83:17, “Wall Street Journal”da isə 70:30 –la ölçülür. Hətta indi də Trampa meylli hesab olunan “Fox News” kanalı seçkiqabağı dövrdə neqativ göstərici nümayiş etdirib – 52:48.

Doğrudur, ABŞ prezidentləri mətbuatın onlarla bağlı ədalətsiz mövqe tutmasından həmişə şikayət ediblər.

Lakin Trampın ilk 100 günlüyü əsl antirekordla müşahidə olunub. Orta hesabla prezident haqqında çıxan 5 informasiyadan yalnız 1-ni müsbət xarakterizə etmək olar.

Müqayisə üçün qeyd etmək olar ki, Obamanın ilk 100 günlüyündə bu 59:41-ə (müsbət yöndə) təşkil edib. Mətbuat Corc Buşun ilk 100 günlük fəaliyyətini 57:43, Bill Klintonu isə 60:40 nisbətində müsbət qiymətləndirib.

Картинки по запросу trump 100 days press

Seçkiqabağı dövrdə isə ABŞ-ın 100 ən iri qəzetindən 57-i rəsmi olaraq Demokrat partiyasının namizədi Hillari Klintonu dəstəkləyib. Onlardan Yalnız “Las Vegas Review-Journal” və “Florida Times-Union” rəsmi olaraq DonaldTrampın tərəfini tutub.

Müqayisə üçün 2012-ci il prezident seçkilərində Barak Obamanı 41 qəzet, onun rəqibi Mitt Romnini isə 35 qəzet dəstəkləmişdi.

Maraqlıdır ki, Hillari Klinton hətta qatı mühafizəkar sayılan mətbu orqanlarının da rəsmi dəstəyinə malik olubmuş. Məsələn, San-Diego “Union Tribune” 148 illik tarixində ilk dəfə demokrat namizədi dəstəkləyib. “Arizona Republic” qəzeti isə 126 ildən sonra demokrat namizədin yanında yer alıb.

Eyni sözləri “Atlantic” jurnalı haqqında da söyləmək olar. Bu jurnal həmişə bütün prezidentlərə məsafəli qalmağa üstünlük verib. Klintona dəstək verənə qədər isə qəzet yalnız iki prezidentə, 1860-cı ildə Abraam Linkolna, 1964-cü ildə isə Lindon Consona açıq rəğbət nümayiş etdirib.

Trampın jurnalistlərdən çox onların şefləri ilə arası yoxdur.

Bu gün ABŞ televiziya aktivlərinin 90 %-i 5 media nəhənginin əlində cəmlənib. Bunlar Comcast (əsas telekanalı NBC), Walt Disney Company (ABC və ESPN), News Corporation (FOX), Time Warner (CNN) və National Amusements (iki holdinqi – CBS Corporation və Viacom-u idarə edir.) şirkətləridir.

Картинки по запросу comcast time warner News Corporation

Ölkənin ən iri çap holdinqlərindən isə Tronc (Chicago Tribune və LA Times), Graham Holdings Company, News Corporation (The Wall Street Journal) və Gannet Co (USA Today) kimi mətbuat böyüklərinin adlarını çəkmək olar.

Bu şirkətlərinin sahiblərinin Donlad Trampa qarşı şəxsi münasibəti müsbət yöndə deyil.

Buna ən böyük nümunə kimi “The Washington Post” qəzetinin yeni sahibi, Amazon.com saytının da təsisçisi Ceff Bezosun adını çəkmək olar. Seçkiqabağı dövrdə Ceff Bezos Trampı açıq şəkildə tənqid edib. Prezident isə onu öz növbəsində hər fürsətdə inhisar qurmaqda ittiham edir.

Trampı hər dəfə təniqdlə “yağlayan” qəzetlərdən biri də “The New York Times”dır. Bu qəzetin əsas sahibi onu təsisçisi Adolf Oxsun ailə üzvləridir. Elə direktorlar şurasının sədri də onun nəvəsi Artur Oxs- Şultsbergerdir. Lakin 2015-ci ildə qəzetin 17%-i Meksika milyarderi Karlos Slim tərəfindən satın alınıb. Slim liberal iqtisadiyyatın ən qızğın tərəfdarlarından biri sayılır. Bu isə Trampın mühafizəkar və özünə qapanan biznes anlayışı ilə örtüşmür. Bundan başqa Trampın Meksika ilə sərhəddə divar tikmək istəyi, habelə Meksika mallarına qoyulan gömrük tariflərini artırması onun cənub qonşusu ilə arasını vurub.

Картинки по запросу carlos slim vs trump

Həm “The Washington Post”, həm də NYT Trampa qarşı internet məkanında da ciddi mübarizə aparırlar. Televiziyalar içində isə ABŞ prezidentinin ən nifrət etdiyi kanalların başında CNN gəlir.

Ağ Ev rəhbərini isə yalnız Rupert Merdokun rəhbərliyi altındakı News Corporation və onun FOX tv kanalı, həmçinin “The Wall Street Journal” qəzeti dəstəkləyir. Bundan başqa, respublikaçı prezident 170 yerli kanala sahib olan Sinclair şirkətindən də ciddi rəğbət görür.

Beləliklə ABŞ tarixində nadir şəkildə rast gəlinəcək dərəcədə mətbuatın böyük bir qismi ilə düşmən olan prezidenthakimiyyətdədir. Bu mübarizədən kimin qalib çıxacağını isə zaman göstərəcək.

Musavat.com

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın