Menu
Geri İrəli

Türk Dünyasının ağsaqqalları Qəbələdə

Müəllif: Sumqayitxeber.com • Tarix: 6 Avqust 2015 • Baxış sayı: 336 dəfə • Şərh yoxdur

96033Qəbələdə Türkdilli Dövlətlərin Ağsaqqallar Şurasının IX zirvə toplantısı keçirilib.

ANS TV-nin məlumatına görə, Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan Ağsaqqallar Şuralarının sədrləri və TürkPA-nin rəsmilərinin qatıldığı zirvə toplantısında əməkdaşlıq şurasına üzv ölkələrin diaspora mərkəzlərinin – Amerika, Fransa və Almaniyada qurulması və bir mərkəzdən idarə olunması məsələsi müzakirə edilib.

Toplantıda Türk Akademiyası tərəfindən orta məktəbin 8-ci sinif şagirdləri üçün hazırlanan “Ortaq türk tarixi” dərsliyinin proqramı, eləcədə də “Ortaq coğrafiya” kitabının ilkin versiyası təqdim olunub.

Həmçinin alternativ enerji və informasiya, kommunikasiya texnologiyaları sahəsində yeni layihələr müzakirə olunub. Yeniliklər sırasında “Ortaq türk kanalının” yaradılması məsələsi də gündəmdədir.

“Tədbirdə “Ortaq türk kanalının”, yəni Türk Xəbər Kanalının yaradılması təkif irəli sürülüb. Hazırda işçi qrupu bu təklif üzərində çalışır. Artıq çox gözəl nəticələr də əldə edilib. Bu gün necə dildə – 6 və ya 7 dildə verlişlərin yayımlanması, eləcə də mərkəzin harda yerləşməsi məsələsi müzakirə olunur. Kanalın yaradılması fikri isə qətidir”, – deyə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov bildirib.

“Türkdilli Dövlətlərin Ağsaqqallar Şurasınıda çıxışımın əsas məqsədi ondan ibarətdir ki, dünyada mövcud olan ikili standartlarlara qarşı çıxmaqdır. Eyni zamanda, Ermənistan rəhbərliyinin heç bir beynəlxalq hüquqa sığmayan hərəkətlərinə qarşı çıxmaqdır. Burada dünyanın digər dövlətlərilə yanaşı, hətta əməkdaşlıq etdiyimiz dövlətlərin özləri də bu məsələyə çox yumuşaq yanaşırlar”, – deyə Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov qeyd edib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın