Menu
Geri İrəli

Türkiyə prezidentinin Azərbaycana səfəri təxirə salınıb

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Avqust 2017 • Baxış sayı: 194 dəfə • Şərh yoxdur

erdoganTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri təxirə salınıb.

“Report” xəbər verir ki, bu barədə jurnalistlərə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral məlumat verib.

Onun sözlərinə görə, hazırda səfərin yeni tarixinin müəyyənləşdirilməsi üzrə işlər aparılır.

Eyni zamanda, səfir bildirib ki, Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşü əvvəlcədən məlumat verildiyi kimi, sentyabrın 5-6-da keçiriləcək.

Qeyd edək ki, R.T.Ərdoğanın Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı iclasında iştirak etmək üçün Azərbaycana sentybarın 10-11-də gələcəyi planlaşdırılırdı.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın