Menu
Geri İrəli

Türkiyədə baş verən itkilərlə bağlı son rəqəmlər – 194 nəfər ölüb

Müəllif: sumqayitxeber.com • Tarix: 16 İyul 2016 • Baxış sayı: 339 dəfə • Şərh yoxdur

mit-dündar-(1)Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəis müavini, ordu generalı Ümit Dündar hərbi çevrilişə cəhdlə bağlı açıqlama verib.

Qafqazinfo”nun Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, 1-ci Ordu Komandiri orgeneral Ümit Dündar dünən gecə baş verən hadisə zamanı 90 nəfərin şəhid olduğunu deyib: “1563 əsgər saxlanılıb, 104 nəfər isə atışmalar zamanı ölü olaraq ələ keçirilib. Paralel dövlət qurulmasını ordumuzdan təmizləməyə qərarlıyıq”.

Ordu rəhbərinin vəkili bu çevrilişə cəhdin Türkiyə Silahlı Qüvvələrinin içində təşkilatlanmış olan bir qrup əsgər tərəfindən edildiyini bildirib: “Türkiyə çevriliş dövrünü bir daha açılmamaq üzrə başa vurdu. 41 polis, 2 əsgər və 47 mülki şəxs şəhid oldu. Ankarada general-mayor Sadıl Koroğlu başda olmaqda 1563 əsgər həbs edildi. Türkiyə demokratiyaya bağlı olduğunu bütün dünyaya göstərdi. Türkiyə Silahlı Qüvvələri millətin əmrində olan bir qurum olaraq fəaliyyətinə davam edəcək. Bütün siyasi partiyalara da təşəkkür edirik”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın