Menu
Geri İrəli

Türkiyədə PARTLAYIŞ: 29 xəsarət alan

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Aprel 2017 • Baxış sayı: 261 dəfə • Şərh yoxdur

62db6118a3a307550828d7b51fa73c62Türkiyənin şimal-qərbində yerləşən Tekirdağ vilayətində Çerkezköy Mütəşəkkil Sənaye Bölgəsində səhər saatlarında partlayış baş verib.

Lent.az-ın sözcü-ə istinadən məlumatına görə, partlayış tekstil fabrikində qeydə alınıb. İlkin məlumatlara görə, hadisə zəhərli maddənin sızması nəticəsində baş verib.
Polis əməkdaşları tərəfindən fabrikə yaxın keçən bütün yollar bağlanıb.
Partlayış zamanı havaya yayılan zəhərli qaz səbəbindən bölgə üzrə həyəcan siqnalı çalınıb.

Hadisə nəticəsində 29 nəfər xəsarət alıb. Yaralıların həmin maddədən zəhərləndiyi bildirilir. Yerdə qalan bütün fabrik işçiləri təxliyə edilib və körpəsi olan analara tapşırılıb ki, kimyəvi maddə ilə bağlı detal dəqiqləşənə kimi körpələrini əmizdirməsinlər.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın