Menu
Geri İrəli

Türkiyədə Qarabağ parkı açıldı – Foto

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Noyabr 2016 • Baxış sayı: 281 dəfə • Şərh yoxdur

Türkiyənin Dənizli bölgəsində Qarabağ parkı və Xocalı soyqırımı abidəsinin açılışı olub.

Axar.az xəbər verir ki, mərasimdə Azərbaycan və türk millət vəkilləri, ziyalıları, dünyanın müxtəlif bölgələrindən olan aydınlar, Azərbaycanın Türkiyədəki Baş Konsulluğunun rəsmiləri, QHT, KİV rəhbərləri və yüzlərlə yerli sakin iştirak edib.

Azərbaycana böyük sevgi bəslədiyini deyən Dənizli bələdiyyə başqanı Osman Zolan bildirib ki, Qarabağ, Xocalı soyqırımı ağrısı bütün türklərin ağrısıdır:

“İnşallah, bu problemi birlikdə həll edəcəyik. Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə qoyulmuş Qarabağ parkında hər iki qardaş ölkənin bayrağı bərabər dalğalanacaq. Qısa zamanda Azərbaycanın işğal altında olan torpaqlarının azad olunmasını istəyirik və bunun üçün birlikdə mübarizə aparacağıq”.

Q.Paşayeva Dənizli bələdiyyə başqanına və əməyi keçən hər kəsə təşəkkür edərək Ermənistanın işğalçılıq siyasəti, İrəvana heç bir təzyiq göstərilməməsi, ikili standartlar barədə geniş çıxış edib.

Türkiyə millət vəkili Nurəddin Aras da Xocalı soyqırımından geniş danışaraq bu cür abidələrin digər bölgələrdə də qoyulmasının vacibliyini vurğulayıb:

“Türkiyə hər zaman torpaqlarının işğaldan azad olunması üçün çalışan qardaş Azərbaycanın yanındadır”.

axar-az1478518056turkiyede-qarabag-parki-acildi-foto-5 axar-az1478518056turkiyede-qarabag-parki-acildi-foto-1 axar-az1478518056turkiyede-qarabag-parki-acildi-foto-2 axar-az1478518056turkiyede-qarabag-parki-acildi-foto-4

Facebook Şərhləndirmə:

Şərhinizi yazın