Menu
Geri İrəli

Türkiyədən Azərbaycana FETÖ DOSYESİ göndərildi – ADLAR, İFADƏLƏR, QURUMLAR…

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Oktyabr 2016 • Baxış sayı: 338 dəfə • Şərh yoxdur

fetoTürkiyənin Yarqıtay orqanı (ən ali prokurorluq orqanı) Azərbaycanın Baş Prokurorluğuna FETÖ qruplaşmasının buradakı şəbəkələşməsi ilə bağlı sənəd göndərib. Lent.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, sənədlər toplusunda TANAP kimi böyük enerji layihəsinin necə hədəfə alındığını göstərən MİT (Milli Kəşfiyyat İdarəsi) hesabatı da var.

Xəbərdə bildirilir ki, Türkiyə ilə rəsmi yazışmalara başlayan Azərbaycanın Baş Prokurorluğu Yarqıtaydan FETÖ ilə bağlı məlumat və sənədləri istəyib. Bundan sonra rəsmi Ankara Azərbaycana aid olan və ya aid ola biləcək sənədləri toplayıb və həmin materiallar Azərbaycana təqdim edilib. Bildirilir ki, təqdim edilmiş sənədlər arasında ən vacibi və maraqlısı MİT-in hazırladığı “FETÖ – Azərbaycan raportu”dur. Bu sənəddə FETÖ-nün beynəlxalq əlaqələrdə necə şəbəkələşdiyi, bu təşkilat üçün ən vacib istinadgahlardan birinin də Azərbaycan olduğu qeyd edilir.

MİT-in hesabatında FETÖ-nün Azərbaycan və digər ölkələrlə olan enerji layihələrinin idarəetməsini ələ keçirməyə çalışdığı, TANAP-ın da bu məqsədlə hədəflər arasında olduğu vurğulanıb.

Bundan başqa Baş Prokurorluğa daxil olan sənədlər toplusunda FETÖ-nün Azərbaycanda təhsil xidmətləri adı altında ən az 28 qurumunun olduğu və bu məktəblərlə bağlı məlumatlar da var.

Qeyd edək ki, rəsmi Bakıya təqdim edilən sənədlər arasında FETÖ üzvü olduğu üçün axtarışa verilmiş və Türkiyənin müxtəlif ölkələrdən deportasiyasına çalışdığı şəxslərin siyahısı da var. Sənəddə həmçinin, 15 iyul hadisələrinə görə tutulan hərbçilərin ifadələrinin xülasəsi var. İfadələrin yekun mahiyyəti çevriliş cəhdi əmrinin Fətullah Gülən tərəfindən verildiyini göstərir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın