Menu
Geri İrəli

Türkiyənin “dəmir ledi”sinin yeni partiyasının iclasından “Qarabağ”a dəstək (VİDEO, FOTO)

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Oktyabr 2017 • Baxış sayı: 323 dəfə • Şərh yoxdur
Share Button

1508927258_qarabagTürkiyənin tanınmış xanım siyasətçisi Meral Akşenerin yaratdığı yeni partiyanın toplantısında Azərbaycan bayraqları dalğalandırılıb, “Qarabağ” klubuna mesaj göndərilib.

BAKU.WS-in məlumatına görə, toplantı iştirakçıları A4 vərəqlərinə “Qarabağ” yazaraq kluba dəstək veriblər. Bundan başqa, toplantı salonunda Azərbaycan bayraqları da dalğalandırılıb.

Bir neçə gün əvvəl “Sabah” qəzetinin yazarı Mövlud Tezelin “Qarabağ” azarkeşləri haqqında təhqiredici məqalə yazmışdı. Lakin daha sonra o, səhvini başa düşərək Azərbaycan xalqından üzr istəmişdi.

Qeyd edək ki, Avropa mətbuatı Meral Akşeneri “Türkiyənin dəmir ledisi” adlandırır.


Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın