Menu
Geri İrəli

Uşaqlarınıza verə biləcəyiniz GÖZƏL adlar

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Yanvar 2017 • Baxış sayı: 422 dəfə • Şərh yoxdur

korpe_usaq_0004Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova reporta-a müsahibə verib.

sumqayitxeber.com müsahibəni təqdim edir:

- Ötən il yeni qoyulan və ya dəyişdirilən adlarla bağlı vəziyyət necə olub? Komissiyaya daxil olan müraciətlərin sayında azalma varmı?
- Əvvəlki illərlə müqayisədə 2016-cı ildə Komissiyaya daxil olan müraciətlərin sayı xeyli azalıb. Bu da maariflənmə işi ilə bağlıdır. Bütün mətbuat orqanları, televiziya kanalları, saytlar bu işdə bizə yardım edirlər. Məsələn, əvvəl müraciət olunan “Limonad”, “Ansambl”, “Tutma”, “Yaraşıq” kimi adları qoymaq istəyənlər artıq yoxdur.

Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının nəzdində yaradılmış Adlar və Soyadlar üzrə Xüsusi Komissiyaya Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrindən 286 müraciət daxil olub. Onlardan 200-nə müsbət cavab verilib, 86 adın isə qoyulmasına icazə verilməyib. Yəni, ötən il Komissiyaya olunan müraciətlərdə əksini tapan adların çox hissəsinin qoyulmasına icazə verilib. Bizim başlıca məqsədimiz odur ki, balalarımız adları səslənəndə utanmasın, əksinə, qürur hissi keçirsinlər, gələcəyimiz olan balalarımıza gülüş doğuran, anlaşılmaz adlar qoyulmasın.
- Hansı adların qoyulmasına müsbət rəy verilib?
- Komissiya üzvləri müraciətlərdəki adların mənşəyini müəyyənləşdirir, əgər mənasında, səslənməsində heç bir problem yoxdursa müsbət rəy verilir. Valideynlər tarixi vərəqləyib dilimizə yeni adlar gətirirsə, bunun əleyhinə çıxa bilmərik. Əksinə, biz tarixi adlarımızın dilimizə gətirilməsini dəstəkləyirik.
Təbii ki, ad yaradıcılığı daim inkişaf edir, yeni adlar yaranır. Son dövrdə də gözəl adlar yaranıb. Ötən il müsbət rəy verilən adların içərisində “Negin”, “Güntəkin”, “Bəyazit”, “Səmrah”, “Aysu”, “Albasr”, “Betulə”, “İşılay” kimi gözəl adlar da var idi. “Güntəkin”, “Albasr” (bahadır mənasını verir) bizim tarixi abidələrimizdə olan adlardandır.
- Ötən il ərzində ən çox hansı adlar qoyulub?
- 2016-cı ildə oğlanlara “Yusif”, “Əli”, “Səmrah” (bu ad lap çox qoyulur, gümrah, rahat yol mənasındadır), qızlara isə “Fatimə”, “Zəhra”, “Nurtən”, “Nuray”, “Şəbtac” adları daha çox qoyulub.
- Son dövrlərdə ən çox hansı adlara müraciət olunur?
- Ən çox türk mənşəli adlara müraciət olunur. Son illərdə dilimizdə adlar içərisində “Dəniz”, “Dərya”, “Nurgün”, “Yağmur”, “Torpaq”, “Cansu” və s. adları çoxluq təşkil edir.
Gül-çiçəklə bağlı xüsusi isimlər qoyulan adların 30-40 faizini təşkil edir. Tarixən bizdə ata-baba adlarının qoyulması ənənəsi olub. Yəni, adlar nəsildən-nəsilə ötürülüb və qorunur, bu gün də bu ənənə davam edir.
Xatirə adları da müraciətlər içərisində diqqəti çox çəkir, bu adlar Azərbaycanın tarixi köklərini özündə əks etdirən adlardır. “Kitabi-Dədə Qorqud”, “Orxon-Yenisey abidələri” abidələrində işlənən adlar yenidən dilə qaytarılır və son dövrlərdə bu istiqamətdə çoxlu adların qoyulması diqqəti cəlb edir. Məsələn, “Atilla”, “Alpər”, “Albars”, “Beyrək” kimi adlara maraq çoxalıb.
- Adlar sistemində hər hansı dəyişikliyə ehtiyac varmı?
- Hazırda Azərbaycanda adlar sistemi ilə bağlı problem yoxdur. Ötən dövrdə bu məsələ həll olunub. Yaxın vaxtlarda Adlar lüğəti çap olunacaq, həmin kitabın elektron forması da olacaq. Bütün Qeydiyyat şöbələrinə həmin kitab veriləcək.
Dilimizə daxil olan yeni adlar isə daim toplanılır, beş ildən bir kitabça formasında nəşr olunacaq.

- Valideynlərə yeni doğulan körpələrinə hansı adların qoymasını məsləhət görərdiniz?
- Ad sistemi qorunmalıdır, dünyaya gələn hər bir azərbaycanlıya Azərbaycan ad sisteminə uyğun ad qoyulmalıdır. Tarixi türk adlarını dilimizə qaytarmaq müsbət haldır, qoy bizim tarixi soy-kökümüz adlarımızda öz əksini tapsın.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın