Menu
Geri İrəli

Üzərkən udduğumuz dəniz suyunda nələr varmış – DƏHŞƏT – FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 8 İyul 2017 • Baxış sayı: 771 dəfə • Şərh yoxdur
istanbul_da_denize_girilebilecek_yerler-651x369Dənizdə üzərkən hamımız zaman-zaman istəmədən su uduruq. Amma bu udduğumuz su yalnız su və duzdan ibarət olmur.
Fotoqraf Devid Littschvager okean suyundan bir nümunə götürüb və 25 dəfə böyüdərək fotoşəkilini çəkib.

Bu fotoşəkildən də aydın olur ki, udduğumuz suyun içində adi gözlə gördüyümüzdən daha çox şeylər var. Aparılan bir müsahibədə Littschvager Qona Havaidən götürdüyü bir neçə damcı su məsələsilə bağlı bunları deyib: “Görüntünü normalda 25 dəfə böyütdüm. Mümkün olduqca dəqiq görüntüləmək üçün 60 mm-lik bir qabın dibini örtəcək qədər az miqdarda su nümunəsi istifadə etdim. Bu da təxminən 15 damcı suya bərabərdir, amma fotoda gördüyünüz su nümunəsinin çox kiçik bir hissədir. Lakin bu kiçik su damlasında belə inanılmaz şeylər yer alıb”.

Fotonun mahiyyətini dəqiqləşdirən Dive-Shield saytına görə, səhvən su udduğumuzda eyni zamanda bunları uduruq: Dəniz soxulcanı, oksigen istehsal etməyi təmin edən sianobakteriya, xərçəng sürfəsi, krevetə bənzəyən və bir çox balıq yeyən xərçəngə bənzər bir həşərat, balıq yumurta və müxtəlif planktonlar.

Qeyd edək ki, bu eksperiment üçün su Qona Havaidən götürülüb. Bizim Xəzər dənizindəki vəziyyəti nəzərə aldıqda isə bir damla dəniz suyunda olan zərərli bakteriyaların miqdarı təsəvvür edilməz dərəcədədir. O üzdən bundan sonra üzərkən su udmamağa daha çox diqqət yetirmək lazımdır.
maderator.az
Facebook Şərhləndirmə:

Şərhinizi yazın