Menu
Geri İrəli

V çağırış Milli Məclisin ilk iclası noyabrın 30-dək keçiriləcək

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Noyabr 2015 • Baxış sayı: 318 dəfə • Şərh yoxdur
Milli Meclis 2V çağırış Azərbaycan Milli Məclisinin (MM) ilk iclasının noyabrın 30-dək keçirilməsi nəzərdə tutulur.
“Report” xəbər verir ki, Milli Məclisin daxili Nizamnaməsinə əsasən, 83 deputatın səlahiyyətləri təsdiq edildikdən sonra parlamentin ilk iclası həmin gündən başlayaraq bir həftədən gec olmayaraq çağırılmalıdır. Parlament seçkilərindən sonra martın 10-dək Milli Məclisin 83 deputatının səlahiyyətləri təsdiq edilməzsə, Konstitusiya Məhkəməsi MM-in ilk iclasının keçirilmə vaxtını müəyyən edir.
Konstitusiya Məhkəməsi Milli Məclisin 83-cü deputatının seçildiyini martın 10-dan sonra təsdiq edərsə, həmin iclasda yeni seçilmiş Milli Məclisin ilk iclasının keçirilməsi vaxtını da təyin etməlidir.
Noyabrın 24-də Konstitusiya Məhkəməsinin noyabrın 1-də V çağırış Milli Məclisə keçirilən seçkilərin yekunlarının təsdiqi ilə əlaqədar xüsusi konstitusiya icraatı üzrə məhkəmə iclası keçiriləcək. İclasda plenumun qərarı elan olunacaq.
Parlamentin növbəti çağırışının birinci iclasını ən qocaman deputat açır. O, seçilmiş deputatların siyahısını oxuyur və Milli Məclisin sədri seçilənədək birinci iclası aparır.
Milli Məclisin birinci iclasına sədrlik edənin təklifi ilə Hesablayıcı Komissiya seçilir və bu barədə qərar qəbul edildikdən sonra sədr seçilir, bununla da Milli Məclisin növbəti çağırışının birinci iclası işini bitirir.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın