Menu
Geri İrəli

Valyuta hərracından sonra banklarda dolların qiyməti

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Aprel 2017 • Baxış sayı: 352 dəfə • Şərh yoxdur
Share Button

dollar4Bu gün Mərkəzi Bank və Dövlət Neft Fondu tərəfindən keçirilmiş valyuta hərracında dolların 1,7025 manat səviyyəsində stabil qalmağına baxmayaraq, bəzi banklarda dolların məzənnəsinin bir qədər də artdığı müşahidə olunur.

Fins.az xəbər verir ki, hazırda dolların ən sərfəli alış məzənnəsi “Turanbank”dadır – 1,6850 manat; ən sərfəli satış məzənnəsi isə “Amrahbank”, “Günaybank” və yenə də “Turanbank”dadır – 1,6950 manat.

Belə ki, səhər saatları ilə müqayisədə “Bank Respublika” ABŞ valyutasının alış qiymətini 2 qəpik, satış – 0,5 qəpik bahalaşdırıb: alışı 1,6300 manatdan 1,6500 manatadək, satışı 1,7050 manatdan 1,7100 manatadək.

“Ziraat Bank Azərbaycan” dolların alış məzənnəsini 3,5 qəpik bahalaşdırıb – 1,6400 manatdan 1,6750 manatadək. “NBC Bank”, həmçinin alış kursunu bahalaşdırıb – 1,6750 manatdan 1,6800 manatadək.

“Turanbank” isə alışı 1 qəpik bahalaşdırıb, satışı 0,5 qəpik ucuzlaşdırıb: alışı – 1,6750 manatdan 1,6850 manatadək; satışı 1,7000 manatdan 1,6950 manatadək.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın