Menu
Geri İrəli

Vaqif Dərgahlı: “Aprel əməliyyatlarında düşmənin 30-a qədər tankı məhv edildi, 320 döyüşçüsü öldürüldü”

Müəllif: sumqayitxeber.com • Tarix: 13 May 2016 • Baxış sayı: 543 dəfə • Şərh yoxdur

vaqif dergahliKeçən il cəbhə xəttində vurulan vertolyot məhz Ermənistandan gətirilmişdi.

Ermənistanın məqsədi başqa dövlətləri bu münaqişəyə cəlb etmək idi.

Gün.Az xəbər verir ki, bunu mayın 13-də  Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı Milli Məclisdə (MM) keçirilən dinləmər zamanı bildirib.

V.Dərgahlı bildirib ki, Ermənistan hərbi birləşmələri bu ilin mart ayında təmas xəttində dinc əhalinin yaşadığı məntəqələri ağır silahlardan atəşə tütmağa başladı.

Onun sözlərinə görə, eyni zamanda, aprelin əvvəlində düşmən ön mövqedəki qüvvələrimizi sıradan çıxarmaq istəyirdi:

“Cəbhənin ən gərgin istiqaməti Ağdərə-Tərtər-Ağdam və Füzuli istiqaməti idi. Müdafiə Nazirliyi tərəfindən qısa müddətdə düşmənin ön və dərinlikdə cəmləşən qüvvələri müəyyənləşdirildi, sıradan çıxarıldı.

Naftalan şəhərinə təhlükə yaradacaq Talış kəndi istiqamətindəki yüksəkliklər, Horadizə təhlükə yaradan Lələtəpə yüksəkliyi azad edildi.

Düşmənin 30-a qədər tankı məhv edildi, 320 hərbçisi öldürüldü, 500-dən artıq yaralandı.

Ağdərə-Madagiz istiqamətində yolların  nəzarətdə saxlanılması təmin edildi.

Silahlı Qüvvələrimizin həyata keçirdiyi əks-həmlə əməliyyatının məqsədi Ermənistan silahlı qüvvələrinin təmas xəttinədki yaşayış məntəqələrinə törətdiyi təhlükəni aradan qaldırmaq idi və bu da uğurla yerinə yetirildi.

Düşmən tərəfi bu hadisələr zamanı Ermənistandakı bütün qüvvələri bölgəyə cəlb etmişdi.

Ancaq əməliyyatlar zamanı Azərbaycan hərbi qüvvələrinin ön mövqedəki qüvvələrinin bir qismi cəlb edilmişdi. Azərbaycan Şəmkir korpusunu, Naxçıandakı əlahiddə ordunu, hərbi təyyarələri bu əməliyyatlara cəlb etmədi. Bir sözlə, düşmənin səyləri heç bir nəticə vermədi”.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın