Menu
Geri İrəli

Vasif Talıbov Ali Məclisi topladı – Konstitusiyada dəyişiklik edildi

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Fevral 2017 • Baxış sayı: 182 dəfə • Şərh yoxdur
Share Button

vasifFevralın 23-də beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyası keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzerTac-a bildirilib ki, sessiyanın gündəliyinə aşağıdakı məsələlər verilib.

1. 2017-ci ildə sosial-iqtisadi inkişaf sahəsində qarşıda duran vəzifələr

2. Naxçıvan Muxtar Respublikasının 2016-cı il dövlət büdcəsinin icrasının təsdiq edilməsi

3. Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi

Ali Məclisin Sədri gündəlikdə duran üçüncü məsələ ilə bağlı qeyd edib ki, 2016-cı il sentyabrın 26-da keçirilən referendumla Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilib. Həmin dəyişikliklərə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında da dəyişikliklər edilməsi üçün qanun layihəsi hazırlanıb. Konstitusiyanın Naxçıvan Muxtar Respublikasında vətəndaşların seçki hüququnu tənzimləyən 8-ci maddəsi yeni redaksiyada verilərək adından və mətnindən məhdudlaşdırıcı ifadələr çıxarılıb, maddənin strukturu Konstitusiya normalarına uyğunlaşdırılıb. Konstitusiyaya təklif olunan dəyişikliklərdən biri də gənclərin dövlət quruculuğunun bütün təbəqələrində iştirakına şəraitin yaradılması ilə bağlıdır. Belə ki, Konstitusiyanın 15-ci, 29-cu və 41-ci maddələrinə edilən dəyişikliklərə əsasən 18 yaşı tamam olmuş, seçkilərdə iştirak hüququ olan hər bir şəxs dövlət orqanlarında təmsil oluna biləcəkdir. Təklif olunan dəyişikliklərdə deputatların məsuliyyətinin artırılması məsələsi də öz əksini tapıb. Konstitusiyanın 43-cü maddəsinin III hissəsinə təklif edilən dəyişiklik isə texniki xarakter daşıyır.

“Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanunu oxunub və səsə qoyularaq qəbul edilib.

Sessiyada Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun məruzəsini ixtisarla təqdim edirik:

Hörmətli deputatlar və sessiya iştirakçıları!

Heydər Əliyevin quruculuq strategiyasına dönmədən əməl olunması nəticəsində ölkə, eləcə də muxtar respublika iqtisadiyyatında dinamik inkişaf meyilləri qorunub saxlanıb. Yerli xammal və ehtiyatlardan səmərəli istifadə etməklə istehsal müəssisələrinin yaradılması yeni iş yerlərinin açılmasına, məşğulluq səviyyəsinin yüksəlməsinə, əhali gəlirlərinin artmasına səbəb olub. Blokada şəraitinin çətinliklərinə baxmayaraq Naxçıvan Muxtar Respublikasının ərazi, ərzaq və enerji təhlükəsizliyi təmin edilib, nəqliyyat-kommunikasiya sahəsi müasirləşdirilib, ekoloji vəziyyət sağlamlaşdırılıb, sosial infrastruktur layihələri həyata keçirilib.

Bu gün dünyada gedən böhrandan qorunmağın ən yaxşı yolu yerli istehsalın inkişaf etdirilməsidir. Bu, bir tərəfdən idxaldan asılılığı aradan qaldırırsa, digər tərəfdən əhali məşğulluğuna əhəmiyyətli təsir göstərir. Daxili bazarın qorunması, ərzaq məhsullarına olan tələbatın əsasən yerli istehsal hesabına ödənilməsi məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən yerli xammala əsaslanan yeni istehsal müəssisələrinin yaradılması bundan sonra da davam etdirilməlidir. 

Kənd təsərrüfatı muxtar respublika iqtisadiyyatının əsas sahəsi kimi hər zaman diqqət mərkəzindədir. Tapşırıq verilmişdir ki, məhsuldarlığın artırılmasında rayonlaşmanın çox böyük əhəmiyyəti nəzərə alınaraq əkin atlasları tərtib olunsun və aidiyyəti üzrə yerlərə göndərilsin. Lakin araşdırmalar göstərir ki, yerlərdə məhsul istehsalçıları ilə maarifləndirmə tədbirlərinin zəif təşkili nəticəsində atlaslardan lazımi səviyyədə istifadə edilmir“.

Sonra sessiyada “Naxçıvan Muxtar Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında” Naxçıvan Muxtar Respublikası Qanunu qəbul edilib.

Bununla da beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyası öz işini başa çatdırıb.

Vasif Talıbov Ali Məclisi topladı -  Konstitusiyada dəyişiklik edildi
Vasif Talıbov Ali Məclisi topladı -  Konstitusiyada dəyişiklik edildi

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın