Menu
Geri İrəli

Vergilər Nazirliyinin müşavir qardaşları – FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Sentyabr 2017 • Baxış sayı: 418 dəfə • Şərh yoxdur

aqase1504447957Vergilər Nazirliyinin Aparatında çalışan yüksək vəzifəli məmurlar sırasında qardaşlar da var.
Modern.az-ın nazirlikdən əldə etdiyi məlumata görə, Vergilər Nazirliyinin Aparatının rəhbəri Ağasəməd Əfəndiyev və vergilər nazirinin müşaviri Rahim Əfəndiyev bu qurumda yüksək post tutan qardaşlardır.
Əslən Şamaxı rayonundan olan Əfəndiyevlər uzun müddətdir Vergilər Nazirliyinin Aparatında çalışırlar.

Vergi xidməti müşaviri Ağasəməd Veyis oğlu Əfəndiyev 1985-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini, 1995-ci ildə isə Qərb Universitetinin inzibati işgüzarlıq fakültəsini bitirib.
2015-2016-cı illərdə Vergilər Nazirliyinin Daxili təhlükəsizlik baş idarəsinin və İnsan resursları idarəsinin rəisinin 1-ci müavini vəzifələrində çalışıb.
2016-cı ilin may ayından Vergilər Nazirliyinin Aparatının rəhbəri vəzifəsində çalışır.

Baş vergi xidməti müşaviri Rahim Veyis oğlu Əfəndiyev 1981-ci ildə Bakı Dövlət Universitetini,  2002-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib.

2002–2003-cü illərdə Bakı şəhər  Baş Vergilər İdarəsinin Audit idarəsinin Fiziki şəxslərin auditi şöbəsinin dövlət vergi müfəttişi vəzifəsində çalışıb.

2003-2004-cü  4 saylı Ərazi Vergilər İdarəsinin, 2004-2008-ci illərdə 2 saylı Ərazi Vergilər İdarəsinin rəisi vəzifəsində işləyib.

2008-2011-ci illərdə Bakı şəhər Vergilər Departamentində müxtəlif vəzifələr tutub.
2012-ci ildən vergilər nazirinin müşaviri vəzifəsində çalışır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın