Menu
Geri İrəli

Xaçmazda silahlı insident, iki nəfər güllələndi

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Oktyabr 2017 • Baxış sayı: 280 dəfə • Şərh yoxdur
Share Button

Xaçmazda iki nəfər güllələnib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə. oktyabrın 3-də Xaçmaz rayonunun Qımılqışlaq kəndində kənd sakini 60 yaşlı Gülbala Məmmədseyidov münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmkəndlisi 61 yaşlı Abdulağa Mehrəliyevə xəsarət yetirib, sonra “VAZ-21011” markalı avtomobili ilə özünə məxsus bağ sahəsinə gedib, orada avtomobili yandırıb və tüfəngdən açdığı atəşlə özünə də xəsarət yetirib.

Hər iki yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətləri ağırdır.

Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən hadisə yerindən “İJ-16” markalı tüfəng götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Araşdırma aparılır.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın