Menu
Geri İrəli

“Xalq teatrı” yeni kollektivlə Əhməd Orucoğlunun “Qaynana əməliyyatı” komediyasını səhnələşdirib

Müəllif: sumqayitxeber.com • Tarix: 17 İyun 2016 • Baxış sayı: 256 dəfə • Şərh yoxdur

13472374_1635611693425310_840637846_n

13487637_1635612850091861_1022293665_n

13480461_1635612846758528_335889505_n

13480397_1635615793424900_1946151761_n

13479831_1635618876757925_249056438_n

13472327_1635615786758234_420521687_n

13459655_1635611696758643_477331117_n

13459516_1635615790091567_776043329_n

13472374_1635611693425310_840637846_nfəaliyyətini bərpa edib. “Xalq teatrı” yeni kollektivlə Əhməd Orucoğlunun “Qaynana əməliyyatı” komediyasını səhnələşdirib. Məzmuna görə uzun müddət qayğısız qalan qayınana kürəkən və qızlarının başına oyun gətirmək və onlara dərs vermək qərarına gəlir. Lakin bu oyun hamıya çox baha başa gəlir. Əsasən gənclərdən ibarət olan heyət tamaşada yüksək aktyor qabiliyyəti nümayiş etdirib.
Gənclərin bu bacarıq və istedadlı oyun qabiliyyəti tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov tamaşaya baxıb və gəncləri bu uğur münasibəti ilə təbrik edib: “Siz səhnənin qaranquşlarısınız, 16 illik fasilədən sonra bunu bacardınız”. İdarə rəisi belə bir tamaşanın ərsəyə gəlməsində “28 May” Diyarşünaslıq evinin direktoru Vüsal Yaqublu başda olmaqla əməyi olanlara təşəkkür edib. O, qeyd edib ki, professional teatrların əziyyət çəkdiyi bir vaxtda belə bir kollektivin tamaşası yüksək qiymətə layiqdir: “Burada səhv axtarmaq lazım deyil, əksinə hərtərəfli dəstək vermək lazımdır ki, bu fəaliyyət davam etsin”. Gənclərə hər zaman dəstək olacağını və əlindən gələn köməyi əsirgəməyəcəyini bildirən Mehman Şükürov onlara fəaliyyətlərində uğurlar arzulayıb, xoş arzularını çatdırıb.
Xatırladaq ki, “Xalq teatrı” 1975-ci ildə “Tənqid-təbliğ teatrı” adı ilə fəaliyyətə başlayıb. 1976-cı ildə səhnələşdirilən A.Mehdiyevin “Belə-belə işlər”, “Uşağa bir üç yazın”, 1980-ci ildə S.Rəhmanın “Güzgü” satirik tamaşaları böyük maraqla qarşılanıb. 1981-ci ildə “Xalq teatrı” adı ilə fəaliyyətinə davam edib. 1990-cı ildə B.Vahabzadənin “Atılmışlar” əsəri ilə fəaliyyətinə davam edən “Xalq teatrı” 2000-ci ildə M.Şabanovanın “Azərbaycan dünyam mənim” kompozisiyası ilə fəaliyyətini dayandırıb.

Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin
Mətbuat xidməti

Facebook Şərhləndirmə:

Şərhinizi yazın